Выбрать главу

Сегодняшний Азербайджан уже не исключает военное решение карабахской проблемы, о чем свидетельствуют масштабные закупки современного вооружения. Страна также повышает уровень напряженности на линии фронта, демонстрирую военное превосходство над армянской армией. Правительство также ведет активную дипломатическую работу по ослаблению позиций Армении на международной арене. Можно сказать, что Баку удалось использовать в своих целях сотрудничество с Россией в военно-технической области: поставки российского вооружения азербайджанской армии превратились в одну из наиболее болезненных проблем в российско-армянских отношениях. Нашим государством были подписаны соглашения о сотрудничестве в военной области и поставке соответствующих видов российского вооружения.

Под влиянием коммерческой привлекательности сделок с Азербайджаном как для российский, так и для производителей вооружения из других стран, Азербайджан по ряду видов вооружения (танки, артиллерия, тяжелые огнеметные системы, разведывательные и ударные беспилотники и др.), во многом превосходит Армению. Наращивание потенциала азербайджанской армии сопровождается постоянным ростом военной напряженности в зоне конфликта.

Список литературы

1.Алиев И. Г. Нагорный Карабах: история, факты, события. - Баку, 1989.

2.Балаев А. Карабах от периода независимости АДР к советской автономии // Международный Азербайджанский журнал «Irs» - Москва, 2005. - № 2-3 (14-15).

3.Конфликт в Нагорном Карабахе: Сборник статей. - Баку, 1990.

4.Мамедов И., Асадов С. Азербайджанцы А

Firuzə Əliyeva

Qarabağ müharibəsi və milli tarixi yaddaşımız

Tariximiz bizim üçün dərs olmalıdır.

Heydər Əliyev

Bəli, əsrlər boyu ermənilərin Azərbaycana qarşı yeritdiyi soyqırım siyasəti XXI əsrin əvvəllərində özünü büruzə verdi. Əslində biz azərbaycanlılar ermənilərin illər boyu xalqımıza qarşı törətdikləri vəhşilikləri H.Əliyevin qeyd etdiyi kimi tarix boyu unutmamalı və bizə dərs olmalıdır. Belə ki, ermənilər bildiyimiz kimi Rusiyanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində Naxçıvanda və Qarabağda ən yaxşı xan-bəy torpaqlarında yerləşdirilməyə başlandılar. Qriboyedov bununla bağlı yazırdı: “Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq üçün mövcud ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məqsədlərini dəfələrlə götür-qoy etmişik. Lakin Qarabağ və Naxçıvanda çar hökuməti tərəfindən elə bir siyasət yeridilirdi ki, öz başlarının hayına qalan xalq ermənilərin orada məskunlaşmasını unutmalı oldu”[44] (1,2).

Bəli, əsrin əvvəllərində öz dədə-baba torpaqlarımızda məskunlaşan, bizim ərazimizin hesabına Ermənistan respublikası adlandırılan yerləri artıq biz unutmuşuq. Bu torpaqlar yalnız kağız üzərində qalmışdır. Onlar xəritədən belə Azərbaycan torpaqlarını silmişlər. Ermənilərin əsas ideyası “Böyük Ermənistan” və ya “Dənizdən-dənizə dövlət yaratmaq” olmuş və bu yolda bütün vasitələrdən, o cümlədən kütləvi teerror, soyğunçuluq və s. kimi vəhşiliklərdən istifadə edərək, istədiklərinə nail olmuşlar. Qeyd etdiyimiz kimi əsrin əvvəllərindən Azərbaycan torpaqları işğal olunaraq ermənilərə verilmiş, müxtəlif regionlarda azərbaycanlıların soyqırımını həyata keçirmişlər.

Bildiyimiz kimi ermənilər işğal etdikləri ərazilərdə vəhşiliklər etmiş, qədim mədəni abidələrimizi öz adlarına çıxartmaq üçün məhv etmişlər. Azərbaycanın görkəmli yazıçısı M.S.Ordubadi “Qanlı illər” və M.M.Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitablarında azərbaycanlılara qarşı həyata keçirilən soyqırımını ətraflı qələmə almışlar. M.S.Ordubadi yazırdı: “Süni və çoxdan bəri hər iki millətin zatına qondarılmış ixtişaş bombası partladıldı və bütün Qafqaz aləmi bu bombanın təsiri şiddətindən yanıb-yaxıldı. Görəsən, o partlayıcı maddə həqiqətən bomba imiş? Bəli, bu bomba fevralın 6-da baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı”.[45]

M.S. Ordubadinin bu fikirlərini təsdiqləyən ermənilərin “Qnçaq” qəzeti özünün 26 may tarixli sayında yazırdı: “Dünən axşam saat 6-dək biz azərbaycanlılarla atışdıq. Bizə bunun üçün əlavə olaraq 166 müxtəlif tüfənglər paylanıldı, böyük sayda patron verildi, biz təmiz vicdanla şəhərimizi (yəni Naxçıvanı) müdafiə etdik, türkləri layiqincə qırdıq. Qnçaqçılar 2, daşnaklar isə 1 bombadan istifadə etdilər. Çoxlu türk evləri qarət edildi. Bizə silah paylayan adam yenidən silah dalınca getdi”.[46](2,5) Təxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycan şəhərlərinə böyük zərər dəymiş 300-dən çox müsəlman kəndi dağıdılmış, 10 min nəfərə qədər insan vəhşiliklə məhv edilmişdir. Bakıda erməni daşnaqları 17 min azərbaycanlını məhv etmiş, A.Mikoyanın “Qızıl qvardiyası” İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurmuş 2 minədək xəstəni yandırmış, qaçanları isə güllələmişdir.

Erməni vəhşiliyini hələ 1905-ci ildə Almaniyanın dövlət xadimi və alimi bildirirdi ki, “ermənilər ki, bu cür yoil tutublar, çox tezliklə dünya üzündən məhv olub gedəcəklər, yer üzərində onlardan bir əsər-əlamət qalmayacaqdır”.[47] (3,47) Ermənilərin qəddarlığı nəticəsində insanlarla bərabər 900 yaşayış məntəqəsi, 7 min sənaye və kənd təsərrüfat obyekti, 131 min ev, 1025 məktəb, 798 səhiyyə ocağı, 800 km avtomobil yolu, 160 körpü, 23 min km su və 15 min km elektrik xətləri məhv edilmişdir. Onlar mədəniyyət ocaqlarını – 22 muzeyi, 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edib yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və ekspanatı talan olunmuş, 44 məbəd və 9 məscid dağıdılmışdır. 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara Ermənistana aparılmışdır.[48] (1,79) Bildiyimiz kimi ermənilərin əsas havadarları Rusiya və İran hökuməti olmuşdur. Rusiya imperiyasının o vaxtlar əsas məqsədi Xəzər dənizinə çıxmaq, burada hərbi donanma yaratmaq, Qafqaz regionuna sahiblik etmək olmuşdur. Çarizmin regionda öz imperiya siyasətini yeritməsini artıran “şanslardan” biri ermənilərin Rusiyanın hakim dairələri ilə əlbir hərəkəti idi. Erməni millətçiləri özlərinin “böyük siyasətlərinə” atılarkən başlıca məqsədləri Türkiyə Ermənistanında “azad hökmranlıq edən demokratik respublika”, “dənizdən dənizə qədər (Bakpı da daxil olmaqla) Böyük Ermənistan” dövlətini yaratmaq olmuşdur. Həyata keçirilməsi mümkün olmayan bu siyasi utopiyanı erməni ideoloqları əsrlər boyu təbliğ etməyə başlamış və bu siyasətlərində çox incə “üsullardan” istifadə etmişlər. Məsələn, 1608-ci ildə İran dövlətinin başçısı Şah Abbasın müşaviri olmuş Xoca Səfər (Şah İranın xarici siyasət məsələləri ilə məşğul olmağı və Avropa ölkələri ilə danışıalar aparmaq səlahiyyətini ona həvalə etmişdi) Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venetsiya dojuna şahın məktubunu çatdırmaq fürsətindən istifadə edərək ermənilərin də məktubunun olduğunu bildirmiş, Avropanın o dövrdə nüfuzlu ölkələrinin başçılarının diqqətini “məzlum ermənilərin” problemlərinə cəlb etmişdi.[49] (2,2) Bu erməni millətçilərinin Avropaya açdıqları “siyasi pəncərə” oldu. Erməni millətçilərinin Rusiya ilə yaxınlaşmasında İranla Rusiya arasında ticarət əlaqələrində ermənilərin fəal iştirakı danılmaz faktdır. Ermənilər öz milli məqsədlərinə nail olmaq üçün rus məmurlarına bahalı hədiyyələr rüşvət verirdilər.[50] (3,3) Belə ki, tarixə nəzər salsaq görərik ki, 1660-cı il avqustun 28-də Rusiyada İran ipəyi alveri ilə məşğul olan İsfahan taciri Xoca Zakur Sarhadov (Sarhadyan) özünün şirnikləşdirici hədiyyələri ilə çar Aleksey Mixayloviçin qəbulunda olur. Göründüyü kimi ermənilər belə rüşvətləri ilə özlərinə dost tapırlar. Onlar Rusiya ilə əlaqələrini genişləndirmək üçün əsrlər boyu dəridən-qabıqdan çıxmışlar. Vaxtı ilə I Pyotr Şərq bazarlarında Rusiyanın mövqeyini möhkəmləndirmək üçün Avropa ilə aparılan ipək ticarət yolunu Volqa-Xəzər yolu istiqamətinə döndərərək, Osmanlı İmperiyasının xəzinəsinə axan “ipək gəlirini” öz əlinə keçirmək istəmişdir. Belə ki, həmin dövrdə Asiyadan Avropaya aparılan ipək mallar İran və Qafqaz yolu ilə daşınırdı.

Qeyd etmək lazımdır ki, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı yeritdiyi təcavüzkar siyasəti torpaqlarımızın itirilməsi ilə bitdi. Hal-hazırkı dövrdə də onlar heç bir danışıqlara gəlmir, dövlətlərin, müxztəlif etnik qrupların təşkil etdikləri Mədəniyyətlərarası Dialoqu Forumlarında iştirak etməkdən çəkinirlər. Çünki ermənilərin heç bir mədəniyyəti yoxdur. Onlar yalnız başqa xalqların (azərbaycanlıların) mədəni irsini mənimsəməklə özününküləşdirirlər.