Выбрать главу

1918. Mayis`te Güney Kafkasya`da üç yeni devlet ortaya çıktı. Gürcüstan`ın başkendi Tiflis, Ermenistan`ın başkendi Erivan ve Azerbaycan`ın başkeni Bakü olacaktı. Fakat Bakü şehri bolşeviklerin elinde bulunuyordu. Bundan dolayı “Mustakil Azerbaycan”ın başkenti geçici olarak Gence oldu.

Bake şehrini işgaldan azat etmek için Osmanlı Devleti`nin Harbiye naziri ve Başkomutan Vekili Enver Paşa`dan 22 Mart 1918 tarihli talimatla Kafkas İslam Ordusu Komutanı Nuri Paşa, hiç vait kaybetmeden yola çıkmış ve yanındaki 20 kadar subayla beraber 25 mart 1918`de Musul`a varmıştır. Pesva, Savucbulak, Tebriz ve Alacuca yoluyla Azerbaycan`ın Zengezur bölgesine varmıştır. Bu sırada Azerbaycan zor anlar yaşıyordu. Türkiye cephesinden çekilen Rus birlikleri yerlerini silah ve cephaneleriyle Ermeni ve Gürcülere terk etmişlerdi. Yalnız Gence batısında bulunan Zeyem mıntıkası Türk köyleri ve Gence ahalisi silahlanmıştı. Bunların silahları Şemkir`de demiryolunu keserek cepheden çekilmekte olan birkaç rus alayından zorla alınmıştı. Karabağ ve Gence civarında müslümanlar oldukca kuvvetli bulunduklarından ermenilere karşı güçlü mükavimet ediyorlardı.

Kafkas İslam Ordusu Azerbaycan Türkleri ile beraber 15 Eylül 1918 saat 09:00`da Bakü`ye girmeye muvaffak olan Fehmi bey komutasındaki, 56.Piyade Alayı övgüye deger kahramanlık göstermiştir. Aylardan beri devam eden kanlı ve çetin müharebelerin son kısmını teşkil eden 36 saatlık şiddetli muharebeden sonra Baü zabt edildi. Şark Orduları Grubu Komutanı Halil Paşa ile Kafkas İslam Ordusu Komutanı Nuri Paşa, 16 Eylül 1918 saat 10:00.da Bakü`ye girmeden evvel kahraman 5.Kafkas ve 15.Piyade Tümenlerini denetlediler ve tümenler bir geçit resmi yaptılar.

Havva Məmmədova

Qarabağ General Qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi

(Xosrov bəy Sultanovun 15-16-17 fevral müşavirəsi)

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət orqanlarının fəaliyyətində ölkənin ərazi bütövlüyünün qorunması mühüm yer tutmuşdur. Həm şimaldan, həmdə Ermənistandan güclənməkdə olan təhlükə ilə bağlı olaraq dövlətin kifayət qədər möhkəmlənmədiyi və iqtisadiyyyatın hələdə geniş inkişafa malik olmadığı bir şəraitdə ölkənin ərazi bütövlüyünə qarşı yaranmış təhlükənin aradan qaldırılması asan olmasa da, bu istiqamətdə xeyli işlər görülmüşdür. Qarabağda və Ermənistanla sərhəd bölgələrdə baş verən qırğınların qarşısını almaq üçün tədbirlər həyata keçirilirdi. Azərbaycan dövləti Qarabağda olan hərbi qüvvələri möhkəmləndirməklə yanaşı, həm də bu bölgədə Azərbaycanın səlahiyyətlərinin qorunmasına yönəldilmiş daxili və xarıcı siyasət aparırdı.

1918-1920-ci illərdə Qarabağda erməni təcavüzünə qarşı Cümhuriyyət orqanlarının apardığı mübarızə Azərbaycan tarıxının ən yeni dövrünün maraqlı səhifələrindən birini təşkil edir.Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında, Qarabağda erməni separatizmin ləğv edilməsində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri, cəsur sərklərdə Xosrov bəy Sultanovun böyük xidmətləri olmuşdur.

Xosrov bəy Sultanov haqqında çox yazılıb, çox danışılıb, tədqiqat obyekti kimi araşdırılıb. Keçmə-keşli bir həyat yaşamışdır.Lakin onun faəliyyəti və qəhrəmanlığı haqqında nə qədər danışılsada, hesab edirəm ki, bu səpkidə mövzuları davam etdirməyə ehtiyac vardır.

Məqsəd 1918-ci ildə Azərbaycan öz müstəqilliyininə nail olduğu bir zamanda, Xosrov bəy Sultanovun həyat və faliyyəti, onun yaşadığı keçmə-keşli həyatı, xalq arasındakı nüfuzu, Qarabağda erməni qırğınlarının qarşısını almaq üçün, onun Qarabağın general Qubernatoru kimi fəaliyyətə başlaması haqqında söz açıb bu günki gəncliyimizə catdırmaqdır.

Xosrov bəy Sultanov  1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır.1918 -ci ilin  28 mayında  Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.

Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra qarşıda duran ən əsas məsələlərdən biri Ermənistanla mübahisəli məsələləri dinc yolla nizama salmaq məsələsi idi. Lakin Azərbaycanın Ermənistanla mübahisəli ərazi məsələlərini dinc yolla nizama salmaq cəhdi müsbət nəticə vermədi. Ermənilərin bölgədə möhkəmlənməsi təhlükəli xarakter almışdı. Belə vəziyyət Azərbaycan hökumətini daha ciddi tədbirlər görmək zərurəti qarşısında qoymuşdu. Bu sahədə görülən tədbirlər arasında Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasını təmin etmək məqsədilə Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubernatorluğunun yaradılması xüsusi olaraq qeyd olunmalıdır.

Azərbaycan hökumətinin 1919-cu il yanvarın 15-də keçirilən iclasında Qarabağda vəziyyət haqqında daxili işlər naziri X.Xasməmmədovun məruzəsi dinlənilmişdir. Azərbaycan hökumətinin qərarlar jurnalından aydın olur ki, həmin iclasda aşağıdakı qərar (Daxili İşlər Nazirliyinə göndərilən 1919-cu il 15 yanvar tarixli, 359 saylı çıxarış) qəbul edilmişdir:

"Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları hüdudlarında - məruzədə göstərilən hüquq və vəzifələrlə müvəqqəti general- qubernator vəzifəsi təsis olunsun; Daxili İşlər Nazirliyinə tapşırılsın ki, hökumətin növbəti iclasınadək general-qubernator vəzifəsinə namizəd göstərsin və onun sərəncamına nə qədər məbləğdə vəsait buraxılmasının zəruriliyi barədə öz mülahizələrini təqdim etsin" (1, N 12, 1919).

Adı çəkilən qazalarda general qubernatorluğun yaradılmasının vacibliyi aşağıdakı amillələrlə izah olunurdu.

Birinci, Zəngəzur, Şuşa və qonşu qəzaların dağlıq hissələrində məskunlaşan ermənilər Rusiyadakı Fevral çevrilişi və Transqafqaz hökumətinin formalaşdığı vaxtdan etibarən daşnak təşviqatçılarının təsiri ilə təcrid olunmağa və özlərinin xüsusi inzibati vahidlərini (quberniyalarını) yaratmağa cəhdlər göstərməyə başlamışdılar. Bu zəmində də hökumətə itaətsizlik halları çoxalmış, bölgələrin müsəlman əhalisinə qarşı zorakılıqlar baş vermişdi.

İkinci, Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonra bölgələrdə yaşayan ermənilərin separatçılıq meylləri daşnak təbliğatının qüvvətlənməsi, daxildəki və xaricdəki bəzi qüvvələrin fəal yardımı hesabına daha da məqsədyönlü (Azərbaycandan ayrılaraq Ermənistana birləşmək) xarakter almışdır. Yeni yaranmış Azərbaycan hökuməti çoxlu ağır və kəskin probləmlərlə qarşılaşdığından, hələlik yalnız mərkəzdə öz dövlətçiliyini möhkəmləndirməyə imkan tapdığından, kifayət qədər hərbi qüvvəyə malik olmadığından, bir sıra regionlarla hərtərəfli əlaqələr saxlamağın qeyri-mümkünlüyü və s. ucbatından Zəngəzurda və onunla qonşu qəzalarda erməni separatçı hərəkatının qarşısını almaqda çətinlik çəkir.

Üçüncü, həmin bölgələri Azərbaycandan qopararaq Ermənistana birləşdirmək ideyasını açıq elan edən Andranikin hərbi hissələrinin bu yerlərə soxulması vəziyyəti daha da kəskinləşdirmişdir. Bu məqsədlə yerli ermənilər tərəfindən də silahlı dəstələr yaradılmış, onların azərbaycanlıların kəndlərinə basqınları çoxalmışdı. Nəticədə həmin ərazilərdə 150-dən çox Azərbaycan kəndi dağıdılmış, əhalinin çox hissəsi isə qonşu mahallara və hətta İrana üz tutmuşdur.

Dördüncü, yerli idarə orqanlarının nümayəndələri nə qədər təcrübəli olsalar da, ermənilərin ciddi hərəkatı ilə əlaqədar məsələlərdə və hadisələrdə sərbəst xətt yeritmək səviyyəsində deyildilər. Onların fəaliyyətinə fasiləsiz rəhbərlik və nəzarət edilməsinə ehtiyac duyulur. Qanuna görə bu iş Gəncə qubernatorunun səlahiyyətinə aid idi. Lakin baş verən hadisələr yerlərdə yerli idarə orqanlarının təcili tədbirlər görülməsini tələb etdiyi halda, qubernatorla əlaqə yaradılması nəinki xeyli vaxt aparır, hətta lazımı şərait olmadığından çətinlik yaranırdı. Deməli, yerlərdə xüsusi səlahiyyətləri olan və Mərkəz Azərbaycan hökumətindən bilavasitə zəruri göstərişlər ala biləcək xüsusi ali hakimiyyətin təşkili şəksiz zəruriyyət təşkil edirdi .(2,s.113).

Belə bir nəticəyə gəlmək olar ki, məruzədə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üçün mərkəzi Şuşa şəhəri olmaqla müvəqqəti general-qubernator vəzifəsi yaradılması zəruri hesab edilir. Əsas məsələ general-qubernatora mövcud qanunvericiliyə müvafiq hüquqlar və səlahiyyətlər verilməsi, məhkəmə və dövlət nəzarəti nümayəndələrindən savayı, qəzalardakı bütün idarələrin və vəzifəli şəxslərin ona tabe etdirilməsi qeyd olunurdu.

Müəyyən məsləhətləşmələrdən sonra Azərbaycan hökumətinin 1919-cu il yanvarın 29-dakı iclasında "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-nin məruzəsi" dinlənildi və aşağıdakı qərar qəbul edildi.

a) X.Sultanovun general-qubernator təyin edilməsi;

b) Nazirliyin 20 milyon manatlıq fondundan general-qubernatorluğun ehtiyacları üçün 5 milyon manat ayrılması;

v) Həmin məbləğdən 1 mil. manatın general-qubernatorun sərəncamına indi buraxılması, ondan isə 728 min 300 manatın qubernatorluğun ştatının saxlanması, 600 nəfərlik suvarı dəstənin təşkili və bir ay müddətində təmin olunmasına, 271 min 700 manatın isə gözlənilməz, təcili tədbirlərə xərclənməsi;

q) Yuxarıda qeyd olunan dəstənin sayının 3000 nəfərə çatdırılmasının mümkünlüyünü etiraf etməklə, bunun hökumətin xüsusi göstərişi ilə həyata keçirilməsi"(3, s.114).

Şuşaya gələn kimi Xosrov bəy Sultanov Qarabağ torpağını erməni quldur dəstələrindən azad etmək üçün gərgin fəaliyyətə başladı. O, 1919-cu il fevralın 12-də Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciət edərək onlara general-qubernatorluğun yaradılması səbəblərini izah etmişdir. Müraciətdə deyilirdi ki, Azərbaycan hökumətinin yanvar ayında verdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzaları xüsusi general-qubernatorluğa daxil edilmişdir. Bu fövqəladə tədbir onunla izah olunur ki, "Azərbaycanın ən gözəl güşələrindən olan dörd qəza bir ildən artıqdır ki, hərc-mərcliyin içindədir. Erməni quldurlarının rəhbərliyi altında silahlı dəstələr öz şəxsi iddialarını həyata keçirmək üçün kəndləri yandırır, əhalini məhv edir, minlərlə qadın və uşağı qaçqınlığa məruz qoyur. Bütün bunları nəzərə alaraq hökumət adları çəkilən dörd qəzada general-qubernatorluq yaratmağı nəzərə almışdır. Öz həyatını xalqına həsr etmiş bir ictimai xadim kimi mən bildirirəm ki, millətindən asılı olmayaraq qanunçuluğa və ədalətə ciddi əməl edəcəyəm və bildirirəm ki, general-qubernatorluğun rayonlarında yeganə hökumət — Azərbaycan hökumətinin hakimiyyətidir və hamı məcburi şəkildə ona tabe olmalıdır. Hər hansı bir şəkildə qayda-qanunun pozulması, hərc-mərcliyə gətirib çıxarmış hərəkət general-qubernatorluğun qanunları ilə ciddi şəkildə cəzalandırılacaq. Qanun qarşısında hamı bərabərdir(4,v. 13).