Выбрать главу

Y.Merzlyakovun “prezidentləri konstruktiv mövqedə və nəticə əldə etməyə meylli” gördüyü Moskva danışıqlarının nəticələri ─ “Madrid prinsipləri”nin yeniləşdirilməsinə dair yanaşma və təkliflər həmsədrlərin Krakov görüşündə (25-26.VII.2009) intensiv müzakirə olundu. “Madrid sənədi”nin təzələnməsi səyləri MDB-nin Kişinyov sammiti (X.2009) çərçivəsindəki “ikili” (Əliyev-Sərkisyan) və “üçlü” (“ikilik” + D.Medvedyev) formatlarda baş tutan rəsmi və qeyri-formal görüşlər, danışıqlar vasitəsilə də davam etdirildi.

“Madrid prinsipləri”nin yeniləşdirilməsi prosesi Ermənistanda köhnə-təzə bir çox maddə və şərtləri gündəmə gətirmiş və qarışıq reaksiyalar, çoxçalarlı rəylər doğurmuşdur. Bu ölkənin bəzi siyasi-hərbi-diplomatik dairələrində “Madrid prinsipləri”- antiErmənistan, antiQarabağ prinsipləridir”, “Koçaryanla Oskanyan buna görə məsuliyyətə cəlb olunmalıdır” kimi fikirlər səsləndirildi.

Yeniləşməkdə olan “Madrid sənədi” ilə əlaqədar Ermənistandakı köhnə-təzə yanaşmalar (şərtlər) arasında onun 4-cü bəndinə aid “qayğı, rahatsızlıq” diqqəti çəkir. Ölkənin başlıca müxalifət qüvvəsi sayılan Erməni Milli Konqresinin təmsilçilərindən keçmiş Xarici İşlər naziri A.Arzumanyan həmin bənddə əks olunan “hüquqi səlahiyyətli iradəni ifadə etmə” anlayışını sübhəli, danışıqların gedişindən asılı olaraq müxtəlif yönlərdə yozula-şərh oluna bilən yanaşma sayır. Erməni diplomatının fikrincə, beynəlxalq hüquqda “referendum” anlayışı var və onun “Madrid sənədi”ndə öz əksini tapmamasıyla, habelə Azərbaycanın yekun statusuna dair ehtimal edilən gələcək səsvermə prinsipi ilə razılaşmaq olmaz. (Az öncə də qeyd edildiyi kimi, M.Brayza “öz iradəsini ifadə etmə” ilə referendumun arasında fərq olmadığını bildirmişdi). Sabiq baş diplomat həmçinin “Madrid prinsipləri”nin DQ ətrafındakı regionlardan çıxarılan erməni qoşunlarını kimin əvəzləyəcəyi, Azərbaycana həmin ərazilərə silahlı qüvvə yerləşdirmək hüququnun verilib-verilməyəcəyi və digər məsələlərə konkret aydınlıq gətirmədiyini də bildirirdi.

Ermənilərin maraqlarını təmin edən “Madrid prinsipləri”nə Ermənistandakı etirazlara (onları diplomatik gediş, məqsədyönlü hərəkətlər sayan yanaşmalar da vardır) Dağlıq Qarabağ separatçıları da qoşulmuşlar. “DQR” Ermənistanı indiyədək “rəsmi Xankəndi”ni sülh danışıqları prosesinin üçüncü tərəfi etməyə müvəffəq olmamaqda “günahlandırır”. Separatçılar Ermənistandan ətraf rayonların boşaldılması və referendum barədə uzunsürən müzakirələr aparmaqdansa, Dağlıq Qarabağın da danışıqların (münaqişənin) tərəfi kimi tanınması şərtini qoymasını istəyirlər. DQ-nin danışıqlarda tərəf kimi tanınmayacağı şəraitdə əldə olunacaq hər hansı bir razılaşmanı qəbul etməyəcəkləri ilə hədələyən qarabağlı ermənilər “rəsmi Xankəndi”nin AR-lə birbaşa müzakirələrində israrlıdırlar.

Onların bu israrı, bir sıra digər amillərlə yanaşı, habelə həmsədrlərin “sözdəki dəstəyi-açıqlamaları”ndan qaynaqlanır. Vaxtılə V.Kazimirov, son zamanlarsa Y.Merzlyakov, artıq sabiq həmsədr olan M.Brayza vaxtaşırı Azərbaycan tərəfini bu məsələdə də güzəştə getməyə “dəvət ediblər”. M.Brayzanın qənaətinə görə, “Dağlıq Qarabağ hakimiyyətinin (?!-İ.M.) danışıqlarda birbaşa iştirakına ehtiyac vardır”. Amerikalı diplomat “DQ erməniləri nümayəndələrinin bir neçə il əvvəl danışıqlar masası arxasında oturduqlarını” bildirmişdi. Həm də əlavə etmişdi ki, rəsmi İrəvanın danışıqlarda onları da təmsil etməsinə dair öz qərarı üzündən müzakirələrə qatılmayan qarabağlı erməni nümayəndələrinin yenidən danışıqlar masası arxasına dönmələri üçün qarşılıqlı razılıq olmalıdır. “Uğursuz həmsədr” kimi də səciyyələndirilən M.Brayza onların gec-tez danışıqlarda birbaşa iştirak edəcəklərinə ümidli olduğunu da söyləmişdi.

“Madrid prinsipləri”nin yeniləşdirilməsinə dair yayılan məlumatlar rəsmi İrəvanı və “DQR”-i Azərbaycanın “erməni xalqı Ermənistanın timsalında artıq öz müqəddəratını təyin edib” təki əksdəlilinə qarşı da fəallaşdırdı. Ermənilər Türkiyə Cümhuriyyəti ilə Şimali Kipr Türk Respublikasının mövcudluğu (ikincisi beynəlxalq birlik tərəfindən─ Ankara çıxılmaqla rəsmən tanınmasa da), albanların iki (Albaniya və Kosovo), ərəblərinsə xeyli müstəqil dövlətlərinin olduğu bir şəraitdə onlara belə bir hüququn (imkanın) verilməməsini dövlətlərarası hüquqda nonsens sayırlar. Erməni tərəfinin bu kimi dəyərləndirmə-izahı onun “Madrid prinsipləri”nin Dağlıq Qarabağın müstəqilləşməsinə və ya Ermənistana birləşməsinə “yaşıl işıq” yandıracağına ümidli olduğunu təsdiqləyir.

“Madrid sənədi”nin üzərində ”təkmilləşdirmə” işlərinin getdiyi bir şəraitdə Azərbaycanda onun qəbulunu Dağlıq Qarabağla ətrafındakı iki rayonun (Kəlbəcərlə Laçının) itirilməsi kimi dəyərləndirən yanaşma və mövqelər üstünlük təşkil etməkdədir (Digər yandan, həmin sənədin qəbulunun Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllini təmin edəcəyini düşünənlər də yox deyil). Vəziyyətdən çıxış yolu olaraq müxtəlif təkliflər irəli sürülür. Bəzi siyasi-elmi çevrələr Qərbi azərbaycanlıların Ermənistanda (Zəngəzur və Göyçə mahallarını əhatə edən ərazilərdə) assimmetrik dövlət yaratmaları (muxtariyyət qazanmaları) məsələsinin danışıqların mövzusu edilməsinə çalışılmasını məsləhət bilirlər.

Bəzi siyasilərin və ekspert-analitiklərin qənaətinə görə, danışıqlar prosesindəki durumu Azərbaycanın xeyrinə dəyişmək, başqa sözlə, müzakirələri yeni şərtlərlə davam etdirmək üçün “diplomatik masa” arxasındakı Ermənistandan ötrü çəkindirici ola biləcək amil işə salınmalıdır. Yəni AR “savaşmamaq öhdəliyi”ndən imtina – müharibə haqqını önə verməlidir (Əkshal BMT-nin DQ-yə dair məlum qətnamələrinin avtomatik sıfırlanması, işğalın rəsmiləşdirilməsi, Dağlıq Qarabağın itirilməsi və bütün bunlar razılaşma kimi səciyyələndirilir). Öz növbəsində, bunu olduqca riskli sayan yanaşmaların müəllifləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini T.Kaydenaunun regiona səfərini və Bakıda AR rəhbərliyi ilə danışıqlarını (X.2009) həm də Azərbaycanın “müharibəyə gizli hazırlıqları”nı əngəlləməyə yönəlik diplomatik xəbərdarlıq (təzyiq) tədbiri təki nəzərdən keçirirlər (AR-in ehtimal edilən “müharibə hazırlıqları” beynəlxalq siyasətdə təklənməkdə olan Azərbaycanın vəziyyətdən çıxış yolu, yəni durumu dəyişdirmək üçün əl atdığı vasitə kimi də dəyərləndirilir).

“Madrid prinsipləri”nin yeniləşdirilməsi prosesi ilə əlaqədar yaranan durumun başlıca cizgilərini isə bunlar təşkil edir:

prinsiplərə dair fundamental konsepsiya öz əksini həmsədr dövlətlərin prezidentlərinin məlum bəyanatında (Akvila, VII.2009) tapıbdır;

həmsədrlərin Krakov görüşündə (VII.2009) prinsiplərə yalnız texniki düzəlişlər edilib və müəyyən detallar əlavə olunubdur;

yekun statusu məsələsi danışıqların dalana dirənməsinin başlıca səbəbidir. Bu kontekstdə də hələ ki, həllini tapmayan problem – hələlik razılaşdırılmayan məqam isə DQ-də referendumun keçirilmə vaxtının müəyyənləşdirilməməsindən ibarətdir;

“Madrid sənədi”nin yeniləşdirilmiş variantının artıq hazır olduğunun bildirilməsinə baxmayaraq müvafiq müzakirələr 2009-cu il oktyabrın axırlarında Lüksemburqda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin danışıqlarında və həmsədrlərin məsləhətləşmələrində də aparılmışdır. Həmsədrlər ATƏT-in münaqişələrin qarşısının alınması Mərkəzinin Vyanada keçirdiyi (X.2009) konfransda da iştirak etmişlər;

həmsədrlər Azərbaycanla Ermənistana növbəti səfərdə (XII.2009) oldular və ATƏT XİNŞ-in toplantısı çərçivəsində (Afina, XII.2009) Dağlıq Qarabağ münaqişəsinin müzakirəsini apardılar;

Bütövlükdə isə, öncə Azərbaycan və Ermənistan prezidentlərinin “Madrid sənədi”nin yeniləşmiş variantını─“baza prinsipləri”ni razılaşdırmalarına müvəf-fəq olunmasına və sonra da detallar üzrə danışıqların aparılmasınaçalışılır.

İlqar Niftəliyev

«Армянская область» (1828-1840) : история несостоявшегося проекта

Активный процесс завоевания северных земель Азербайджана Российской империей, который завершился оккупацией Нахчыванского и Иреванского ханств, потребовал от российских властей создания новой системы управления на захваченных территориях. После подписания 10 февраля 1828 года русско-иранского Туркменчайского договора встал вопрос о переселении армянского населения из Каджарского Ирана в пределы захваченных Нахчыванского и Иреванского ханств. Необходимость решения данного вопроса проистекала из содержания 15 статьи договора, который предполагал массовое переселение на добровольных началах населения из Каджарского Ирана. Очень интересно, что вопрос о переселении армян возник именно после захвата Иреванского ханства. Видимо решающую роль в этом сыграло нахождение на территории ханства престола армянского католикоса. Именно Эчмиадзин, стал идейным вдохновителем массового переселения армян на вновь завоеванные территории Российской империи. Ранее, когда армянский католикос находился в подчинение Каджарского шаха и его сюзерена Иреванского хана, он просто не осмелился бы открыто выступить с подобными инициативами.