Sankt-Peterburqun Ermitac muzeyində Robert Ker Porterin 1818-1820-ci illərdə İrana ekspedisiyası zamanı çəkdiyi fars abidələrinin rəsmlərindən ibarət şəkillər kolleksiyası yerləşir. Bu koleksiyada ingilis rəssamı və səyahətçisinə aid (1777-1842) İranın XIX əsrin əvvəllərində hazırlanmış 80 şəkildən ibarət albom saxlanır. Orada Qafqaz, Kürdüstan, Babilon xəritələri adlandırılan sənədlər öz əksini tapmışdır. Bu albomda Fətəli şahın portreti, yazı, Rey şəhərinin qaya təsvirləri, Mürhab dərəsi abidələrinin planı və relyefi haqqında məlumat verilir. Nəqşi Rüstəmin, Nəqşi-Rəcəbin, Persepolis abidələrinin, Bisütun qayalığı relyefinin, Tağ, Bustan, Babilon, Səlmaz dərəsinin şəkilləri və şəhər xəritələrinin rəsmləri və iki səhifə yazı var.
Maraqlıdır ki, Ker Porterin rəsmlərinin Ermitaca necə gəlib çıxması barədə məlumat yoxdur. Bunu Peterburqun müxtəlif arxivlərində saxlanmış sənədlər də təsdiq edir. Rəssamın birdən-birə İrana arxeoloci tədqiqat məqsədi ilə getməyi qərara alması müəmmalı görünür. Onun bioqrafiyası təsdiq edir ki, Ker Porter ekspedisiyadan nə əvvəl, nə də sonra heç bir arxeoloci tədqiqatla məşğul olmamışdır. Maraq doğuran məsələlərdən biri də onun bütün əsərlərinin, məlumatlarının və ümümiyyətlə fəaliyyətinin bir çox məqamları açıqlanmamasıdır.
İngiltərədə doğulmuş Robert Ker Porterin həyatı 1805-ci ildən etibarən Rusiya ilə bağlı olmuşdur. Rəssamın Peterburq fəaliyyəti Admirallığın baş zalını tarixi mövzuda rəsmlərlə bəzəmək üçün məhkəmə* rəssamı kimi dəvət olunması ilə başlanmışdır (şəkil 1). Ker Porter 1807-ci ildə Rusiya ilə Fransa arasında Tilzit sülhü bağlandıqdan sonra Rusiyanı tərk etmiş, səyahətə başlammış və 1811-ci ilə qədər geri qayıda bilməmişdir. Ancaq bunun səbəbi və harada olması məlum deyil. Lakin o, Reterburqa qayıdandan sonra A.N.Oleninin qohumu xanım Mariya Şərbətova ilə evlənir. Bununla Ker Porter Peterburq aristokrat aləminə daxil olur.
Aleksey Nikolayeviç Olenin (1764-1843) dövrünün məşhur və təhsilli adamlarından biri idi (şəkil 2). O Reterburqda bir sıra vəzifələrdə işləmişdir: 1911-ci ildən Peterburqda kütləvi kitabxananın direktoru olmuş, 1912-ci ildə dövlət vəzifəsinə keçmiş, dövlət katibi işləmişdir. 1917-ci ildən sonra İncəsənət Akademiyasının prezidenti olub, tədqiqat işləri ilə məşğul olmuşdur. A.N.Olenin rəssamlıqla bərabər qədim dillər, tarix, incəsənət və arxeologiya üzrə yaxşı mütəxəsis olmuşdur. O, qədim Şərq incəsənətini öyrənməyə böyük maraq göstərmişdir. Ker Porterin İran səfərinin səbəbkarı da A.N.Olenin olmuşdur.
Maraqlıdır ki, Rusiyanın Şərq siyasətinin, hərbi tədbirlərinin qızğın vaxtında A.N.Olenin alimlərin diqqətini bu səmtə yönəltməyə cəhd göstərir və İrana ekspedisiyaya ehtiyac olması qərarına gəlir. Ker Porter bu məqsəd üçün ən uyğun namizəd hesab edilir. Onun Londonda akademiyanı bitirərək yüksək təhsilə malik olması, yaxşı rəssamlıq qabiliyyəti, tarixi və hərbi mövzuda rəssamlıq və dini dərslər alması mühüm əhəmiyyət kəsb edir. Ker Porter A.N.Oleninin İrana səfər etmək təklifini qəbul edir.
Ker Porterin 1817-ci ildə İrana getdiyi bildirilir. 1817-ci il avqustun 4-də A.N.Oleninin ona məktub göndərməsi barədə məlumat verilir. A.N.Olenin məktubda ona yazır ki, gördüklərini mümkün qədər dəqiqliklə qeyd etsin, abidələrin və onların yerləşdiyi yerlərin çəkilmiş rəsmlərinin üzünü çıxartsın və s. Məktubun sonunda A.N.Olenin Ker Porterin bacarığına böyük ümid bəslədiyini bildirir.
Ker Porter 1817-ci il avqustun 6-da Peterburqdan çıxır, Rusiyanı, Qafqaz dağlarını keçir, Tehrana və Təbrizə gedir. O, Mürhab dərəsindəki memarlıq abidələrinin, Əhəməni və Sasani dövrlərinə aid yazıların şəkillərini, bir neçə qala və türbənin də plan quruluşunu çəkir. Sonradan Rus hökumətinin göstərdiyi maraqdan məlum olur ki, aldığı tapşırıq üzrə Ker Porter A.N.Oleninin dediklərindən də artıq iş görür. O, İran xalqının etnoqrafiyasına dair müəyən ümumi görünüşlər və bundan əlavə İranın ümumi xəritəsini və gördüyü şəhərlərin, yarımadaların şəklini çəkir.
1820-ci ilin mart ayında Ker Porter Peterburqa qayıdır. Onun əldə etdiyi materialların kolleksiyadan 6 ədədi imperator I Aleksandra verilir. Buna görə Ker Porter 2500 rubl dəyərində brilliyant üzüklə mükafatlandırılır. Sonra, o, Londona və Parisə gedir. 1821-ci ildə Ker Porter yenidən Peterburqa qayıdır və A.N.Oleninin məsləhəti ilə qədim Şərq abidələrinin rəsmlərindən ibarət albom hazırlayır və onu imperator I Aleksandra təqdim edir. Əla işinə görə Ker Porter II dərəcəli Vladimir, Anna mükafatı alır.
Mənbədə Ker Porterin 1817-1820-ci illərdə Gürcüstanda, Ön Asiyada olması barədə məlumat verilir. Onun həmin yerlərdə çəkdiyi şəkillərin Londonda nəşr olunması bildirilir. 1822-ci ildə isə Ermənistanda olması barədə məlumat verilir. Ker Porter 1817-ci ildə İranda olub, 1821-ci ildə Peterburqa qayıdır. Bir il sonra (1822-ci ildə) isə yenidən oraya qayıdır və mənbəyin məlumatına görə Ermənistanda peyda olur ki, bu da təəccüb doğurur. Həmin yazılı məlumatlarda Azərbaycana aid heç bir məlumatın olmaması da diqqəti cəlb edir. Ermənistan adlı bir dövlətin olmadığı bir dövrdə Peterburq sənədlərində «Ermənistan» adının qeyd edilməsi də təəcüblüdür. Bu hansı Ermənistandır? Egey dənizi sahilindəki Kilikiya Ermənistanı yoxsa uydurma «Böyük Ermənistanın» yerində «gözlərinə görünən» təsəvvür etdikləri Rusiya «Ermənistan»ıdır?
XIX əsrin başlanğıcında - beynəlxalq aləmdə və regionda mövcud olan vəziyyətlə əlaqədar olaraq Rusiya (fəall siyasətə girişdi) Şərq siyasətində mühüm hədəfi olan Jənubi Qafqaza yürüşə başladı və 1801-ci ildə Gürcüstanı, 1803-cü ildə Azərbaycanın Jar-Balakən torpaqlarını və 1804-cü ildə Gəncə xanləğını işğal etdi. İbrahim xan vəziyyətin çətinliyini nəzərə alaraq Rusiya adından qoşunların komandanı P.Sisyanovla 1805-ci ildə Kürəkçay müqaviləsini bağladı. (Müqavilə 11 maddədən ibarət idi). Müqaviləyə görə xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul edilirdi (I maddə); xanlıq xarici siyasət hüququndan məhrum edilir, daxili işlər isə onun ixtiyarında qalırdı (IV maddə); Şuşada rus qoşunları yerləşdirilirdi (VI maddə); çar xəzinəsinə 8 min çervon pul verilməli idi (VIII maddə) və s. Ermənilərin iddiasının əksinə olaraq, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olunmuşdu. İbrahim xan bir il sonra ruslar tərəfindən qətlə yetrildi və İmperator I Aleksandrın fərmanı ilə İbrahim xanın varisi Mehdiqulu xan (1805-1822) taxta çıxarıldı. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. 1822-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən ləğv edildi.
Çar Rusiyası tərəfindən Qarabağ xanlığının işğalından sonra onun siyasi həyatı və inzibati-ərazi bölgüsündə dəyişikliklər baş verdi
Kürəkçay müqaviləsi ilə Qarabağın ilhaq edilməsi Rusiyanın məqsədini təmin edə bilmədiyi üçün müxtəlif tədbirlərə əl atıldı. İbrahim xanın Rusiya-İran müharibəsinin (1804-1813 cü illər) gedişində İbrahim xanın müəmmalı şəkildə qəddarcasına qətlə yetirilməsi (1806- cı il ) Rusiyanın dövlətlərarası hüquqi prinsiplərə münasibətinin nəticəsi idi. Ancaq Rus çarizmi öz strateci məqsədərinə uyğun olaraq xanlığın ləğv edilməsində maraqlı olmadığı halda qəflətən İbrahim xanın öldürülməsi hansı zərurətdən irəli gəldiyi müəmmalı qalır. İrəli sürülən fikirlərdən biri xan təyin edilən Mehdiqulu xanın hakimiyyətinin möhkəmlənə bilməyəcəyini nəzərdə tütaraq, çar hökumətinin xanlığın ərazisində öz mövqelərinin möhkəmlətmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə çalışırdı. Bu işdə əlaltıları olan ermənilərdən hər cür istifadə edirdilər. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi burada da komendant idarə üsulu yaradılmış, o, hərbi-müsəlman dairəsinin (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi.
Bu dövrdə əslən erməni olan general-leytenant V.Q.Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə sistemi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində Jənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatı keçirmişdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.
1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verildi. Şuşa qəzasının ərazisində Zəngəzur, Javanşir və Jəbrayıl qəzaları da təşkil olundu. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirdi. Belə bir inzibati ərazi bölgüsü ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı.
Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A. Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan «Təsvir»də əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağdakı erməniləşdirmə siyasətinə baxmayaraq, onun aparıldığı zamanda belə burada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
Artıq 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin təxminən 51%-i azərbaycanlı, 46%-i isə erməni idi. Ermənilərin Yuxarı Qarabağda məskunlaşması daha geniş hal almışdı.
Məlumdur ki, Rusiya hökumətinin həyata keçirmək istədiyi tədbirlər planına İranda olan erməni əhalisinin bu əraziyə köçürülməsi daxil idi. Məkirli və xəyanətkar xarakterlərinin bəhrəsinə görə bir yerdə qərar tuta bilməyən ermənilər üçün əlverişli təbi-cöğrafi şəraiti və həmçinin türk-müsəlman dünyasına kini və eləcə də siyasi-strateci maraqları ilə üst-üstə düşən işğalçılıq niyyətli Rusiyanın himayəsi erməniləri tam qane edirdi.