В святой войне добра и зла геополитики Армении творческий деятель Рубен Баренц мыслит еще шире. В 2016 году в изданной своей книге („Где путь спасения, камо грядеши?“) он терзается, что может не остаться кем заселить будущую „Армения Вильсона“ (это – не „Большая Армения“, но и не малая, с четырьмя провинциями Турции). По его словам, в Армении должно было быть 5-6 миллионов человек, а осталось жить преимущественно 1,8 миллиона (в Нагорном Карабахе количество жителей уменьшилось oт 150 тысяч до 70-80 тысяч). По его мнению, о количестве населения можно судить по числу выпускников школ: в последние годы советской власти школу закончили 84 тысячи, а в 2016-ом – 23 тысячи юношей и девушек. Кроме того, народ морально не устойчив, например, по данным печати, сейчас 40 тысяч армянских проституток (для Армении это огромная цифра) обслуживают турок и арабов. И виноваты в этом руководители страны. О первом президенте, Левоне Тер-Петросяне, aвтор не хочет даже говорить (всемирный агент иудаизма), а вот два последних, Кочарян и Саргсян, осуществили геноцид армянского народа…
Mehdi Nalbəndi
(İran )
Dünya Müqavimət Poeziyasında “Qarabağ Müqavimət Şeri”n ə ötmə baxış
Bismillahir-Rəhmanir-Rəhim.
Birinci dəfə olaraq ikinci dünya müharibəsində Fransız partizan şairlər, fransanın Nasist ordusu vasitəsi ilə işğal olma zamanı, işğalçılara qarşı yazdıqları şerləri "Müqavimət Şeri" yaxud "Müqavimət Poeziyası" adlandırdılar. Bu baxımdan müqavimət şeri sona çatmış bir janrdır. Ancaq sonralar Fələstinli şair "Qəssan Kənfanı " sionist işğalçılara qarşı yazılan şerləri “Ədəb-Əl-Müqavimə” adlandıraraq, bu şerin diriliyindən xəbr verdi.
Müqavimət poeziyasının müxtəlif kompunentləri vardır. Xalqı dözümə çağırma, təcavüzkarı təhqir etmə, düşmənin əhval ruhiyyəsini dağıtma, dini və milli miflərdən faydalanmaqla xırdaca zəfərləri böyük və geniş əks etdirmə və əks halda düşmən vuran zərbələri az göstərmə, ümum məfkurələri həyəcanlandırma məqsədi ilə hiss incəlikləri və duyğusal detalları yaratma, milli mahnılar və marşlar istehsal etmə, ümidsizlik və çaşqınlığa yol verməmə və dirçəliş naminə davamlı çalışmalar müqavimət poeziyasının kompunentlərindəndir. Bu özəllikləri nəzərə aldıqda "Müdafiə" Şerini "Müqavimət Poeziyası"-nın bir qolu kimi adlandırmaq olar.
Müqavimət poeziyasının qlobal komandaları vardır. İrlandiyalı "Fani Parnel"-in vətəni haqda nigəranlığını, İtalian "Cüziə Ongrati", Misirli "Həsən Fəthəlbab", Vyetnam "Ciang Nam", El-Salvadorlı "Alxandro Gaze-Ra" yaxud Məcar "Şandor Petyofi"-nin nigərançılığı ilə eyn görürük. Azadlıq və onun məfhumu Albanialı "Əsəd Məküli"-nin dilində eləcə müqəddəs sayılır ki isveçcə "Deg Marşuld", Yunanistanlı " Joan Baez ", və Tacik " Mehrəfruz"-un şerində.
Fəlstinin nasirə kəndidən olan " cəbra ibrahim cəbra " ana vətənə xitabən, vətənin sərbst çağları və uşaqlıq xatirələrindən danışır:
Ay bizim torpaq
Gəncliyimiz bir röya kimi
Səndə
Portağal ağacı kölgəsində
Fermadalarda badam ağacları içində
keçdi
İndi bizi yada sal
Səhralar taxılları
Və daşlıq dağlar arasında sərgərdanıq
Gələcək nəsilin kimliyini itirməsi, Müqavimət şairinin əsas narahatlığıdır. Milli Həssaslıqların get-getə azalıb aradan getməsi Müqavimət şairini ölümə daldırır.
Iran İslam İnqilabından sonra və 80-ci on illikdə, üz verən İrana qarşı hucum və İran xalqının müqəddəs müdafiə günlərində zühura gələn " Müqəddəs Müdafiə Şeri " aşura şerinə söykənərək, inkişaf etdi və dünyanın Müqavimət Ədəbiyyatının misilsiz parlaq səhifələrini özünə həsr etdi.
Ustad Seyyed Mohəmməd Hüseyn Şəhriyar, Həmid Səbzvari, Əli Müəllim, Qeysər Əminpur, Seyyed Həsən Hüseyni, Mürtəza Əmiri İsfəndiqə, Seyyed Qasim Nazimi, Cəlal Muhəmmədi, Hüseyn İsrafili Və Əli Rza Qəzvəni bu şerin nümayəndələrindən saymaq olar.
Ustad Şəhriyar Şəhidlər analarına xitabən belə dilə gəlir:
Ana! Oğlun Şəhid Oldu Mübarək
Şəhadətlə Səed Oldu Mübarək
ümide Cənnətin Tapdın, Da Səndən
Cəhənnəm Na ümüd Oldu, Mübarək
Belə Toy Kim Görüb Dünyadə Qasim
Toyu Yasə Dönən Şəhzadə Qasim
Ancaq, Qarabağa gəldikdə bu işğal olunmuş ərazinin işğalından sarı şairlərdə dilə gəlib, işğalı və işğalçılığı tənqid atəşinə tutub, sazişkarlığa qarşı etirazlarını göstərdilər. Ola bilsin qarabağa aid şerlərin bəzilərində, yalnız soy və soyçuluq və torpaq və torpaqçılıq pəncərəsindən bu məsələyə yanaşsınlar.
Qarabağ mövzusu ilə bağlı ədəbiyyat tarixində gahdan Baxtiar Vahabzadə “Qarabağ Atı”ndan söz açaraq “1956-cı ildə İngiltərə kraliçasına Qarabağ atı - "Zaman" hədiyyə göndərilmişdi” deyə yazir :
Cıdır düzü...
Sinəsində at oynaqlar,
Cıdır düzü -
İgidliyin arayışı -
Üstündə də nal ləpiri möhür bağlar.
Qarabağın cins atları -
hünərimin kişnərtisi,
Toppuzların gurultusu,
Qılıncların parıltısı,
Neştər səsi! …
Bəxtiarın həmin şerinin davaminda qarabağ və ona aid olan hər nə varsanı Təqdis olunur və qarabağın atı "Qırat" və "Dürat"la müqayisə olunur:
"Qırat", "Dürat"
İndi nədir?
Ekzotika, eksponat!
Dövrümüzdə nə deməkdir
Kral, ya da kraliça? ...
Bu kimi şerlərin ədəbi özəlliklərini danmayaraq onları Vətənə və Yurda və onlara fəxr etməyə ayid görməklə belə, ancaq onları Müqavimət Şeri kimi hesab etmək olmur niə ki xalqı dözümə çağırma, təcavüzkarı təhqir etmə, düşmənin əhval ruhiyyəsini dağıtma, və bu şerin müəllifələrindən olan digər kompunentləri onda görmək olmur.
Ancaq Qarabağ Məsələsinə ayid şerlərdə ən aydın nümunələr də gözə çarpır ki, həmin şerlərdə şair azadəlik və cövmərdlikdən danışaraq, dünyəvi və dini bir monoloqla danışıb, Dünya ilə dialoqa Başlayır.
Şübhəsiz bu şerlərin ən aydın nümunəsini Baba Pünhanın şerində görmək olur. Pünhan və Sayirə bu kimi şairlərin şerlərindən nümunələrin bu kitabda verilməsi üzrə, burada yalnız babadan bir şerin bir parçasını verir və bu ön sözə son qoymaq qərarına gəlirəm.
Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.
Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.
... Belə sırlı və müəmmalı gedişnən, Pünhan,
Ümüd Allahadır ancaq, Qarabağ getsə əgər.
Qarabağ şerinin Müqavimət kompunentlərinə malik olan hissəsi ürək yandırıcı və zəfəri əldə etməkdən sarı döyüşə girməyə çağırandır. Bir dinləyin Qəşəm Nəcəfzadəni :
Mən bilmirəm axşam nədi, gün nədi?
Qız- gəlinin əsir- yesir gündədi.
Şuşam getdi, bir balam var, dinmədim,
Mənim kimi balan ölsün, ay Vətən!
Al qılıncı, vur düşməni böl iki,
Bu düşmənlər səni elə bölüb ki ...
İndən belə şer vaxtı deyil ki,
Bu şeri yazan ölsün, ay Vətən!
Yaxud Nərmin Kamalın “Simptomlar” şeri :
… yumurta əvəzinə yumurta tozu
süd əvəzinə süd tozu şorba əvəzinə şorba tozu
yeyilən bu günlərdə
kim ki İsrailin bayrağını nəcisə soxur
gözümün dostudur
amma bizim kəşfiyyat kimi çəpiş məxluq yoxdur
dostunu düşmənini ayırmır
İsraillə tərəfdaşlıq qurur.
Bu məqalə bir kitabin ön sözündən seçilmiş bir hissə olaqaq həmin kitab, qarabağ müqavimət şerindən söz açır və onunla bərabər həmin janrın digər nümunələrindən isə təqdim edir.