1828-ci il mart ayının 21-də növbəti bir cinayətkar qərar qəbul olunur. İrəvan və Naxçıvan xanlıqları ərazilərində erməni vilayəti yaradılır. Bu vilayət düz 20 il – 1849-cu ilə qədət mövcud olur. Həmin illərdə İranda səfir işləyən Qriboyedov I Nikolaya ünvanladığı məktubda yazırdı: “Əlahəzrət imperator, yadınızdan çıxarmayın ki, erməniləri Rusiya imperiyasının daxili ərazilərinə köçürmək olmaz. Çünki az sonra sizdən torpaq iddiası edəcəklər...”
XI əsrdə tərtib olunmuş Qafqaz Qrafik Komissiyasının sənədlərinə əsasən həmin illərdə yerli əhalinin sayı 63 faiz təşkil edirdi. Erməni vilayəti özünü doğrultmadığından 1849-cu ildən İrəvan quberniyası adlandırılır. Bu ad isə 1939-cu ilə qədər mövcud olur. Məhz bu tarixdən sonra ermənilər onun adını Yerevan qoydular. Beləliklə, 1849-cu ildən 1918-ci il may ayının 29-na kimi İrəvan azərbaycanlıların yaşadıqları qədim yurd yerləri olub və bu İrəvan xanlığı ərazisində mərkəz rolunu oynayırdı. 1801-ci ildən 1828-ci ilə kimi çar Rusiyası nə qədər çalşsa da, bu şəhəri ala bilməmişdi. Bu işlərə komandanlıq edən general Sisyanov İrəvan xanlığı ərazisində yaşayan ermənilərə yazırdı ki, biz sizə inanmırıq, çünki sizin xislətinizdə xəyanətkarlıq var. 1931-ci ildə Şaxtin adlı bir rus müəllifinin çap etdirdiyi “Daşnaksütyun partiyası rus ağqvardiyaçılarının və ingilis komandanlığının xidmətində” adlı kitabında ermənilərin 1818-1820-ci illərdəki xəyanətkarlığı əksini tapıb. Sonralar bu kitab Mikoyanın göstərişi ilə keçmiş ittifaqın kitabxanalarından yığışdırılmışdı. Lakin tarixçilər çətinliklə də olsa, həmin kitabın bir nüsxəsini Moskvanın Lenin kitabxanasından əldə edib.
1918-ci il may ayının 14-də Batumidə Osmanlı Türkiyəsi ilə danışıqlar başlandı. Bu danışıqlarda erməni və gürcü nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Şurasının üzvləri M.Ə.Rəsulzadə və xarici işlər naziri vəzifəsini yerinə yetirən Məmmədhəsən Hacınski iştirak edirdilər. Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra Milli Şuranın mayın 29-da keçiriləcək üçüncü iclasında gündəlikdə duran məsələlərdən biri İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi idi. Həmin il may ayının 14-də Erməni Milli Şurası üzvləri Azərbaycan Milli Şurasına müraciət etmişdi. Danışıqlar zamanı ermənilər Azərbaycan Milli Şurasının nümayəndələrindən şifahi olaraq İrəvanın güzəştə gedilməsinə razılıq alırlar. Azərbaycan tərəfi onlara şərt qoyur ki, müharibəni dayandıracaqlar, Qarabağdan, Naxçıvandan və Zəngəzurdan imtina edəcəklər, gələcəkdə mehriban qonşuluq şəraitində yaşayacaqlar. Həmin toplantıda bu şərtlər çərçivəsində İrəvan ermənilərə güzəştə gedilir. Orada ermənilərə ultimatum verilmişdir. Fətəli Xan Xoyski M.Hacınskiyə yazdığı məktubda göstərir ki, ermənilər bizim ultimatumumuzu qəbul etdilər. Həmin sənəddə İrəvan şəhərinin güzəştə gedilməsinin tarixi bir zərurət və tarixi bir bəla olduğu da göstərilir. Əslində isə hər hansı bir tarixi şərait ölkə rəhbərlərini belə bir addım atmağa sövq etməməlidir. Çünki torpaq rəhbərlərin deyil, millətindir. Onlar ermənilərin çox hiyləgər və təcavüzkar tayfa olduqlarını bilməli idilər. Axı ermənilərlə təmasda olan başqa xalqlar qısa vaxtda onları tanıyırdılar.
Bir haşiyə çıxaq ki, Rusiya Dövlət Dumasında Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanov idilər. İsmayıl xan Ziyadxanov Dumada ilk tarixi çıxışı belə idi: “Biz bura məmləkətimizdə, Vətənimizdə insan cəsədlərinin üzərindən, qan dəryasından keçib gəlmişik. Bizim torpaqlarımıza yüz il bundan əvvəl təcavüz olunmuşdur, xalqımız parçalanmışdır. Bizə qarşı soyqırımları tətbiq edibsiniz. Bizim ərazimizdə kəndlilərin əlindən torpaqlarını alıb köçürülən rus kənlilərinə verirsiniz.O torpaqların taleyini özünüzə bağlayırsınız. Və bizə ali məktəblərdə oxumaq qadağan olunub. Azərbaycan xalqına dövlət idarəçiliyində işləmək yasaq edilib...”
1941-ci ildə akademik Patyomkinin redaktəsi ilə nəşr olunan “Diplomatiya tarixi” kitabının 77-ci səhifəsində erməni məsələsinə toxunulur. Burada söhbət qədim dövrdən bizim eranın 66-cı ilindən gedir. Roma imperatoru Neronla Parfiya hökmdarı Valagez arasında danışıqlar başlayır. Bu danışıqlar erməni məsələsinə həsr olunur. Həmin vaxt ermənilər Fərat çayının yuxarı hissəsində yerləşən kiçik bir knyazlıqda yaşayırdı. Kiçikliyinə baxmayaraq, bura münaqişə mərkəzi idi, iki xalq bir-birini qırırdı. Minillər öncə həm romalılar, həm də parfiyalılar ermənilərin bu qədər xəyanətkar, ikiüzlü, alçaq xislətli tayfa olduqlarını bilirdilər. 1907-ci ildə tərtib olunmuş bir sənədə baxsaq, bu xəyanətin nədən ibarət olduğunu bilərik. Bu sənəd akademik Ziya Bünyadov tərəfindən 1989-cu ildə “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri” adlı jurnalın 2-ci sayında çap olunmuşdu. Sənəddə ermənilər və erməni Qriqoriyan kilsəsi haqqında böyük bir xarakteristika var. Bu məxfi sənəd çar II Nikolayın tələbi ilə tərtib olunmuşdu. Orada xəyanət, alçaqlıq, mənsəbpərəstlik, ikiüzlülük, satqınlıq məhz bu tayfanın ən başlıca milli xüsusiyyəti kimi səciyyələndirilir.
Əgər tarixi və siyasi şəraiti götürsək, bu da qismən əlverişli idi. Gümrü şəhərini türklər ələ keçirmişdi. Həmin dövrdə Türkiyənin Qafqazda dominantlığı məlum idi. Azərbaycan da öz dövlət müstəqilliyini elan etmişdi və cümhuriyyətin müstəqilliyini tanıyan dövlətlərdən birincisi Türkiyə idi. Sənəddə göstərilir ki, mayın 29-da Milli Şuranın dördüncü iclasında bu məsələ müzakirə olunanda 28 nəfər iştirak edib. 16 nəfər İrəvanın güzəştə gedilməsinə səs verib, 12 nəfərdən biri əleyhinə, 3-ü bitərəf olub, yerdə qalan 8 nəfər haqqında məlumat verilmir. Digər tərəfdən, İrəvandan olan deputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev və Nərimanbəy Nərimanbəyov növbəti iclasın çağırılmasını təklif edirlər. Adını çəkdiyimiz deputatlar şuranın qərarına etiraz edərək, yazılı sənədlə müraciət edirlər. Lakin onların etiraz sənədi yazılı surətdə qəbul olunsa da, protokol sənədində yoxdur. Ən əsası da odur ki, bu güzəşt xalqın iradəsi nəzərə alınmadan və referendum keçirilmədən edilib.
1918-ci ilə qədər həmin ərazi 9,7 min kvadratkilometr idi. Lakin sonralar hakimiyyəti ələ alan bolşeviklər çar Rusiyasının yeritdiyi siyasəti davam etdirdilər. Yəni 1921-ilin iyunundan 1929-cu ilin fevralın 28-nə qədər Azərbaycanın 29,8 min kvadratkilometr ərazisini ermənilərə verdilər. Cinayətin bir tərəfi bu idisə, digər tərəfi də Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrılması idi. Həmin güzəştin ən ağır nəticələrindən biri də budur. Ən yeni tariximizdə olan bu tarixi hadisəni xatırladaq.
1991-1993-cü illərdə ermənilər Rusiyanın hərbi yardımı ilə Azərbaycanın daha 17 min kvadratkilometr torpağını işğal etdilər. Bütövlükdə isə 1918-ci il 29 may tarixindən indiyədək ermənilər Azərbaycanın 46,8 min kvadratkilometr ərazisinə nəzarət edir və indi orada bir nəfər də olsun azərbaycanlı yaşamır. Acı nəticə odur ki, XX əsrdə 2,5 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Təkcə son müharibə zamanı Azərbaycana 60 milyard dollar ziyan dəyib.
BMT-nin 1948-ci ilin dekabrında qəbul etdiyi 260 nömrəli Konvensiyasında deportasiya, etnik təmizləmə və soyqırımı insanlıq üçün ən ağır cinayət hesab edilir. Və bunu dünyanın aparıcı dövlətləri qəbul edib: ABŞ, keçmiş SSRİ rəhbərliyi, bir sözlə, BMT-nin Təhlükəsizlik Şurasına daxil olan 5 daimi üzvü və digər ölkələr. Həmin Konvensiya indi də qüvvədədir. Biz hələ də dünyanın ikili standartlar siyasətindən əziyyət çəkirik. Azərbaycan xalqının iradəsi yalnız Konstitusiyaya əsaslanaraq həyata keçirilir. Bu maddəni əsas tutaraq 1918-ci il AXC-nin varisi kimi həmin güzəşt qərarının qüvvədən düşdüyünü elan edib beynəlxalq təşkilatlar səviyyəsində bağışlanılan torpaqların geriyə qaytarılması tələb olunmalıdır. Məsələni yalnız bu şəkildə qoyub mübarizəyə başlamaq lazımdır. Düşmənə qarşı davamlı bir mübarizə aparılmalıdır.
Sevinc Əliyeva
Министр иностранных дел Горской Республики Гейдар Баммат: отношение к армянам и Азербайджанской Демократической республике