Kirpiyimnən odlar götürmüşəm.
Ayıbına kor olmur.
Dədəm oğlu qardaşımdı?
427
Nə qıcqırırsan?
Nə yoğurdu,
Nə yandı,
Hazırca
Kökə tapdı.
Tərəzinin hansı gözü ağır olsa, sıçrayıb ora mininr.
Gördüyündən göz kirəsi istəyir.
Dava dağarcığıdı.
Bundan Fatıya tuman olmaz.
Pambıqla baş kəsir.
Üstümə ayaq alıb.
Uzun donumu gödək biçəcəksən?
Eşşəyə gücü çatmır, palanı tapdalayır.
Bıcaq sümüyə dirənib.
Öküzüm yorulub.
Əlisi dəli, Vəlisi dəli,
Qırılmışın hamısı dəli.
Dişim bağırsağımı kəsdi.
Ələyim ələnib, xəlbirim göydə bırıldayır.
Alan alıb, allanıb,
Satan satıb, pullanıb.
Çalışmamış oynayır.
Sən məni suçıxmaz arxa cuvar elədi.
İsti aşıma soyuq su qatdı.
Üzkəsənnik elədi.
Qara itin qahmarı var.
Başımda əkdi, ayağımda biçdi.
Burnuma duzdu sular qoydu.
Şişin ucunda çörək verdi.
Anamdan əmdiyim südü burnumdan gətirdi.
Yarandığıma peşman oldum.
428
AYAMALAR
Her-her Həsən
Lələ Kərim
Çiki Ənvər
Burux Qəmzə
Mız-mız Hava
Sarı Məsmə
Fetan Suqra
Qırmızı Məsmə
Lal Suqra
Dəli Dilbər
Gopbaz Ələddin
Qaradodaq İslam
Qara Qəmbər
Qız Qədir
Bəbə Bayram
Soğan Qədir
Kankan Cəfər
Qızılbarmaq Söyün
Quş Murad
Tülkü Məhərrəm
Sərçə Yunus
Petka Ədil
Tülkü Mənəf
Qıdım Məhəmməd
Uzun Usuf
Kini Bayaz
Şofer Lətif
Notelen Sevil
Çil-çil Səfər
Qəmlo Firidun
Yekəbaş Cəmil
Döyrüşoğlu Möysün
Haşı Söyün
Tat Zümrüd
429
Alaüz İslam
Dəmir Yəhya
Dəli Səriyyə
Qırmızıbaş Dəmir
Uzun Avşam
Qıy-qıy İsax
Kürən Pirməmməd
Kəvəl İsax
Dombagöz Ceyran
İt Möhsün
Ballıoğlu Əli
Qayvalı Möysün
Şökətoğlu Lətif
Ağ-uzun Südabə
Çoban Sönqulu
Keçəəx Ülkər
Çoban Söyün
Palvar İmran
Ter Salatın
Uzun Avdulla
Xor-xor Haxverdi
Atdı Pəri
Keçəl Ələddin
Çəkələk Musa
Çürük Qədir
Pənah Məhəmməd
Zılğaqarın Zülfüqar
Çiçi Məhəmməd
Xulvar Məhəmməd
Kiftə Nahidə
Ölü Qulu
Qıllıboyun Avdılla
Sədr Qulu
Pendir Müzəffər
Yastı Əli
Lal Qaratel
Şelli oğlu Məhəmməd
Tın-tın Həsrət
Pısı Qulu
Burnucırıq Nəsib
Dəvə Kübrə
Krıvoy Lətif
Fısıx Bəyaz
Qırnos Məhəmməd
Xoruz Məhəmməd
Yekəayax Yaquf
Kişi Məmməd
Tıs Əkbər
Balaca Zilfiqar
Lal Bəsti
Xort Zilfiqar
Sarı Alı
Yekə İrvaham
Ağtiş Fatma
Balamançı Söyün
Qurut Fatma
Doşan Nəsir Xoruz Həsən
Kotul Abbas Fiş Davud
Kikoy Həvil Lapet Şəmil
Zalxa Səbahət Xəbər Əhməd
430
BAZAR FOLKLORU
Yuxa –
Yolda yıxa.
Fətir –
Kəndə yetir.
Xamralı xas –
Bağrına bas!
Yağa çək,
Yoğurda çək.
Kəsməsə,
Mənim malımdı.
Sarı yağdan
Qıl çəkir.
Pendiri
Oxalıb tökür.
Qatığın
431
Üstən şatıyır.
Kəsməsə,
Mənim malımdı.
Allah-Allahnan
Gətirəsən.
Gücnən saca
Yetirəsən.
Onu bişirən
Qız gərək.
Əli-ayağı
Düz gərək.
Ay səni dovşan yesin,
Aparsın axşam yesin.
Ay müştəri,
Gəl bəri!
Pulunu ver
Yaxşı mala.
Gözlə ondan
Qazanc qala.
Sən verirsən
Xlam mala,
Satan gedir
Çala-çala.
Yaxşı maldan qalmadı ha …
Dosta qismət olası maldı.
Çürüyü yox, çarığı yox, gül kimi
maldı.
Elə bil quş dimdiyində gətirib.
432
TÜRKƏÇARƏLƏR, YEMƏKLƏR
QIZILGÜL VƏ ONDAN DÜZƏLDİLƏN
MƏHSULLAR
GÜLQƏND
Qızılgülün ləçəklərini şəkər tozu ilə ovurlar. Sonra
şüşə qablara doldurub gün düşən yerə düzürlər.
Gülqənd ürək ağrılarında, qan-damar xəstəliklərində
çox faydalıdır.
CÜLAB
433
Gülabın hazırlanma tarixi çox qədimdir. Nizami
Gəncəvinin «Xəmsə»sində gülabın adı tez-tez çəkilir.
Gülab üçün qızılgül, az miqdarda mixəyi gül
götürülür. Xüsusi qazanlarda ehtiyatla çəkirlər. Çünki ətri
çox zərif, uçucudur. Gülabı şüşə qablara yığırlar. Qabın
ağzını əvvəl tıxac, sonra xəmirlə bağlayırlar. Qırx gün
günün altında saxlayırlar. Günəş şüalarının təsiri ilə gülün
ətri özünə qayıdır.
Gülab baş ağrısını yox edir, qızdırmanı aşağı salır,
qanı duruldur, xoş əhval gətirir.
QIZILGÜL ŞƏRBƏTİ
Bu şərbəti ilin bütün fəsillərində hazırlamaq olar.
Yazda gül suyu düzəldilir. Şərbət hazırlayanda isə həmin
suyun içinə şəkər tozu qatılır.
GÜL SUYUNUN HAZIRLANMASI
Qızılgülün ləçəklərini yolub qazana yığırlar. Üstünə
qaynar su töküb qazanın ağzını örtürlər. Bir qədər
keçdikdən sonra ləçəklər süzülür, suya limon duzu
tökülür. Gül suyunu ağzı kip bağlanan şüşə qablara
doldururlar.
QIZILGÜL MÜRƏBBƏSİ
Qızılgülün ləçəkləri təmizlənir, doğranır. Ağzıbağlı
qazana su töküb gülü qaynadırlar. Sonra şəkər tozu
qatırlar. Hazır olanda limon duzu əlavə olunur. Mürəbbə
yenə qızılgül rəngi alır.
434
Qızılgüldən hazırlanan digər məhsullar kimi qızılgül
mürəbbəsi də ürək ağrılarında yaxşı təsir bağışlayır.
MİNBİR DƏRMAN
KƏKOTU
Dağlıq yerlərdə, yamaclarda bitir. Kəkotunu yığıb
kölgədə qurudurlar. Çay kimi dəmləyib içirlər.
Kəkotu çayı xəstəni tərlədir, qan dövranını qaydaya
salır.
QƏFLİ
435
Qəfli görünüşünə görə kəkotuya oxşayır. Lakin tamı
kəkotudan fərqlidir. Qəfli həm dağlıq, həm də dağətəyi
yerlərdə bitir.
Qəfli çayı sancını kəsir. Soyuqdəyməni götürür.
QANTƏPƏR
Buna sarı çiçək də deyirlər. Dağlıq yerlərdə,
çəmənliklərdə bitir.
Qantəpər çayı qan təzyiqini aşağı salır. Soyuqdəymə
hallarında yaxşı təsir göstərir.
DAŞYARPIZI
Daşyarpızı adi yarpızdan fərqlənir. Par