Выбрать главу

Cülyetta.

Sizin əmrinizə, qərarmıza İtaət eyləyib, boyım əymədim; Tövbə qaydasmı öyrənirdim mən.

Çox ciddi buyurdu müqəddəs rahib, Məni əfv etməkçün sizə diz çöküm. Sizə yalvarıram, məni əfv edin. Bir də sözünüzdən çıxmaram, ata!

Kapuletti.

Gedin, xəbər verin bunu qrafa, Lap sabah qurtaraq bu xeyir işi.

Cülyetta. Mən özüm kilsədə gördüm qrafı,

Ədəb və nəzakət dairəsində

Ona mehribanlıq, hörmət göstərdim.

Kapuletti.

Bax, belə, çox yaxşı.

Di ayağa dur.

Əvvəldən sən bu cür olmalı idin.

Görmək istəyirəm indi qrafı.

Tez gedin, tez onu bura gətirin.

Müqəddəs adamdır, vallah, bu rahib,

Ona hörmət etmir xalq nahaq yerə.

Cülyetta.

Mənim otağıma, gəl, gedək, dayə,

Mənə kömək elə, birlikdə seçək

Sabah geyəcəyim toy paltarını.

Ledi Kapuletti.

Yox, sabah nə üçün? Tələsmə, qızım,

Cümə axşamına hələ xeyli var.

Kapuletti.

Dayə, onunla get. Unutmayın ki,

Sabah olmalıyıq mütləq kilsədə.

Cülyetta ilə dayə gedirlər.

Ledi Kapuletti.

İşlər öz vaxtmda qurtarmayacaq,

Axşama az qalır.

Kapuletti.

Danxma, arvad.

Qaydaya salaram mən bütün işi,

Sonsə Cülyettanın yanına tərpən.

Ona bəzənməkdə bir köməklik et.

Bu gecə bir an da yatmayacağam.

Sən məni tok burax, xanımlıq işi

Bu dəfə qoy qalsın mənim öhdəmə.

Ey, ey, hamı gedib? Heç eybi yoxdıır,

Qrafın yanına özüm gedərəm.

Deyərəm, sabaha hazırlaşar o.

Belə yumşalması belə tərs qızın

Qəlbimi olduqca sakitləşdirib.

Gedirlər.

Üçüncü səhnə

Cülyettanın otağı. Cülyetta ilə dayə daxil olurlar.

Cülyetta.

Bəli, bax, o paltar en yaxşısıdır.

Ancaq bir ricam var, mehriban dayə,

Gəl, məni bu gecə sən yalqız burax.

Gərək sübhə qədər dua edem ki,

Göylər bağışlasm günahlarımı.

Özün bilirsən ki, çoxdur günahım.

Ledi Kapuletti gəlir.

Ledi Kapuletti. Artıq məşğulsunuz? Kömək eləyim?

Cülyetta.

Yox, ana, biz sabah nə lazımdırsa

Hamısım seçib hazırlatnışıq.

İndi izn verin, mən yalqız qalım.

Aparın dayəni özünüz ilə,

Bilirəm, bu gecə işiniz çoxdur,

O sizə hər işdə kömək eləyər.

Ledi Kapuletti.

Gecən xeyrə qalsın, yatağa uzan,

Dincəl, axı sənə dinclik gərəkdir.

Ledi Kapuletti ile dayə gedirler.

Cülyetta.

Əlvida, əlvida! Bir Allah bilir

Bir daha yenidən görüşərikmi?

Soyuq bir gizilti keçir canımdan,

Vahimə dondurur qanımı artıq.

Onları geriyə çağıracağam, Qoy gəlib təsəlli versinlər mənə.

Dayə! Ah, o burda nə edəcəkdir?

Bu ağır, bu müdhiş səhnəni gərək

Mən təkcə oynayım. Gəl, gəl, ey şüşə!

Birdən heç bu məlhəm təsir etmədi,

Onda səhər ərə gedəcəyəmmi?

Yox, yox! Bax, bu qoymaz. Sən burada dur.

Xəncəri yanına qoyur.

Bəlkə, bu zəhərdir. Rahib bicliklə

Bunu hazırlayıb, məni öldürsün;

Axı, gizlicənə Romeo ilə

Mənim kəbinimi o özü kəsib,

Bu iş açılarsa, biabır olar.

Bəli, bu belədir, yox, belə deyil.

O hər vaxt müqəddəs bir adam olub,

Belə pis fıkirlər ona yaraşmaz.

Bəs birdən Romeo gəlib çıxmamış

Məzarda oyansam, onda nə olsun?

Bax, ən dəhşət budur, dözülməz budur!

Məni öz Romeom aparmayınca

Saf hava görməyən dar sərdabədə

Pis iydən, qoxudan boğulmarammı?

Hərgah mən sağ qalsam, bu mümkündürmü?

Ölümün, gecənin qorxunc kölgəsi

Qəbiristanlıq olmuş o qorxunc yerin

Müdhiş dəhşətiylə, vahiməsiylə

Başımdan huşumu almayacaqmı?

Yüz illərdən bəri qedim sərdabə

Saxlayır qoynuna gömülmüş mərhum

Bütün əcdadımın sümüklərini.

Ah, orda məzara təzə qoyulmuş

Öz qanına qaltan bədbəxt Tibaltın

Nəşi cürüməyə başlayıb indi.

Gecənin bir vaxtı orda, deyirlər,

Ölülərin ruhu gəzib dolaşır.

Bəs bunlar ağlıını çaşdırmayacaq?

Əfsus, əfsus! Necə bu mümkün deyil!

Əgər mən ayılsam vaxtmdan qabaq,

Ən murdar, ən iyrənc üfunətlərdən,

Kökündən ayrılmış mandraqoranm

İnsanı sarsıdıb dəli etdiyi

Naləsitək qorxunc iniltilərdən

Axı, necə dəli olmayacağam?

Kim deyər, bu dəhşət əhatəsində

Öz əcdadlarımın sümükləriylə

Oynamayacağam mən dəli kimi?

Tabutda iylənən yazıq Tibaltm

Qanlı kəfənini cırmayacağam?

Dəliliyin yüksək coşqun çağında

Babamın ən iri bir sümüyünü

Əlimə götürüb dəyənək kimi,

Birdən öz kəlləmə çırpmayacağam?

Oh, bax, bir bax! Mənə elə gəlir ki,

Tibaltın ruhunu görürəm indi.

Onu qılınc ilə vurub öldürən

Romeonu gəzir, qisas axtartt.

Dayan, Tibalt, dayan! Romeo, gəldim!

Sənin sağlığına içirəm bunu.

Şüşədeki demıanı içib yatağa yıxıhr.

Dördüncü səhnə

Kapulettinin evində zal. Ledi Kapuletti ilə dayə daxil olurlar.

Ledi Kapuletti. Götür açarları, ədviyyə gətir.

Dayə. Xurma, heyva gərək pirojna üçün.

Kapuletti gəlir.

Kapuletti.

Cəld olun, cəld olun, tez tərpənin bir!

Xoruzun ikinci banıdır artıq!

Gecə zəngi vurdu, saat üç olub.

Şəkərçörəyə bax, qoçağım dayə,

Hər şeyi bol elə, xəsislik etmə.

Ledi Kapuletti.

Arvad işlərinə qarışmayın siz.

Gedin, yatın, sabah durun vaxtında,

Yuxusuz qalsanız, xəstələnərsiz.

Kapuletti.

Yox, sən arxayın ol, teztez əvvəllər

Yuxusuz qalmışam bütün gecəni,

Xəstələnməmişəm feqət heç zaman.

Ledi Kapuletti.

Bəli, bir vaxt vardı teztez gecəler

Arvadlar dalınca sürünərdiniz.

İndi buraxmaram sizi heç yerə.

Ledi Kapuletti ile daye gedirlər.

Kapuletti. Qısqanclıq, qısqanclıq!

Üçdörd xidmətçi əllorində şiş, odun və səbət daxil olurlar.