Gördü eyvan göyə doğru getmişdir,Xəvərnəqin hüsnü burda bitmişdir.Hər halı göylərə olmuş yaraşıq,Alır camalından fələklər işıq...Sərhəng ortalığa gülab gətirdi,Hər cür xörək verdi, şərab gətirdi.Gözəl yeməklərdən Bəhram yedi hey,Keyf etdi, şadlıqla içdi gözəl mey.Elə ki, bir neçə piyalə sundu,Alın güllərinə incə şeh qondu,Söylədi: "Ey qızıl eyvanlı, səninOtağın gözəldir, xoşdur çəmənin,Ucadır bu altmışpilləli eyvan,Yəqin ki, başına onun asimanKəmənd atıb çıxar, belə bir ucaEyvana, altmışı keçən ay qoca,Necə dırmanırsan? Et məni agah".O dedi: "Qarısın dünyamızca şah,Abi-kövsər olsun nuş etdiyi mey,Sunsun badəsini xoş hurilər hey,Mən kişiyəm, buna nə lazım heyrət,Məni yormamışdır yüksək imarət.Bir ay parçasıtək qız var ki, lətif,Şahın əynindəki xəz kimi zərif.Dağ kimi öküzü alıb gətirir,Burada, bu damda ona yem verir.Bu altmışpilləli uca eyvanıBirnəfəsə çıxır, yorulmur canı.Öküz, öküz deyil, bir fildir, düzü,Bircə mil də çəkməz piyini özü,And olsun Allaha, belə yekə, sazÖkuzü qaldıran əsgər tapılmaz.Təəccüb deyilmi ki, onu bir qızBu uca eyvana qaldırır yalnız?"Sərhəng sözlərini axıra vurdu,Şah öz barmağını dişlədi, durdu.Dedi: "Mümkün olan bir iş deyil bu,Olsa ya sehirdir, ya da ki cadu,Qabaqca görməsə əgər öz gözüm,İnana bilmərəm, budur son sözüm".Əlavə etdi ki: "Sözlərini tut,Elə düzlüyünü bu işin sübut!"Sərhəng qulaq asıb şirə, tez getdi,Öküz daşıyanı xəbərdar etdi.Gümüş bədənli qız gördü məqamdır,Hər işi sərrastdır, hər işi tamdır,Bəzəndi, düzəndi, döndü gəlinə,Nərgiz xumarlığı verdi gülünə,Aya təzə müşkü haşiyə etdi,Sehri qəmzəsinə yaman öyrətdi.Şətarət sürməsi çəkdi gözünə,Nazdan pərdə saldı kinli üzünə.Sərvi döndü qızıl bir piyaləyə,Xizran boyu verdi gözəl laləyə.[148]Düzdü gümüş sərvə, dürlər qəşəng,Ayına bağladı Pərvindən çələng.Öz yaqut ağzını bu şux gülbədənAşiq almasıtək dürlə böldü tən.Çiynində saçları saçırdı ənbər,Buxağı altına düzdü incilər.Filin sümüyütək incə və gözəl,Bir taxtın sahibi ondan çəkməz əl.Zənci saçlar qara, hindu xal təzə,Sanki vuruşmağa durub üz-üzə.Əqiq dodaqlarda qara xal durmuş,Zənci öz möhrünü xurmaya vurmuş.Daş-qaşlı bir örtük başında, guyaUlduzlardan niqab çəkilmiş aya.Nurlu sırğaları parlar sanki tac,Aşiq bazarını eyləmiş rəvac.Bürünüb aysifət kafur rəng tülə,Bənzərdi yasəmən içində gülə.İkihəftəlik ay, o nazlı mələkVerdi vücuduna yeddi rəng bəzək.[149]Getdi öküz tərəf bədirlənmiş ay,Sur bürcüdür verən aya qiymət, say.Baş əyib qaldırdı göyə onu düz,Əcəb gövhər tapdı, bir baxın, öküz.Qalxdı pillələri o bir-bir dama,Gəlib taxt önündə baxdı Bəhrama.Öküzü qoymadı qız üzərindən,Şir görüb öküzü qalxdı yerindən.Təəccüb eyləyib, heyran qaldı şah,Qız öz kəniziydi, olmadı agah.Ay, öküzü qoyub boynundan yerə,Dedi nazlanaraq qəhrəman şirə:"Öküzü qarşına yalnız gətirdim,Öz gücümcə sənə peşkəş yetirdim.Dünyada bir nəfər olarmı varsınÖküzü aşağı alsın, aparsın?"Şah dedi: "Gücündən deyil bu, əlbət,Əvvəldən etmisən bu işə adət.Vərdiş eyləmisən hər il başabaş,Öyrənmisən buna sən yavaş-yavaş.Ölçüb çıxarmısan belə sınaqdan,Odur ki, olmursan əldən-ayaqdan".Gümüşbədən Fitnə baş əydi şaha,Layiqincə ona eylədi dua,Ədəblə söylədi: "Qəribədir çox!Öküz adətlədir, gur vurmaqsa yox?Adətlə iş görür, öküz qaldıran,Bu başqa şey deyil, sadə bir idman.Səbəb nədir kiçik gur vuranda sənOlmasın bir nəfər "adətdir" deyən?"Şah bildi Fitnədir onu danlayan,Hindlitək üstünə atıldı haman.[150]Yanaşıb üzündən yaşmağı açdı,Aya göz yaşından mirvari saçdı.Üzr istəyib, qucdu o şümşad boyu,Qız qoşa nərgizdən tökdü gül suyu.Yadlardan etdilər otağı xəlvət,Başlanıldı giley, uzun şikayət.Şah dedi: "Ev olmuş bir zindan sənə,Yalvarıram indi peşiman sənə.Azğınlıqdan bir od yandırdımsa da,Sən öz halındasan, mən yandım oda".Xəlvət olcaq ara fitnəkarlardan,Oturtdu yanında Fitnəni haman.Kəniz dil açaraq dedi: "Tacidar,Fitnəni bağlayan gözəl şəhriyar!Ey öz hicranıyla məni öldürən,Şirin vüsalıyla sonra güldürən,Qəmin ürəyimdə əridib yağı,Yerindən oynadar qəm, kədər dağı.Eşqim az qaldı ki, ala canımı,Yanar atəşlərə sala canımı,O gün ov zamanı, şah, kaman çəkdin,Gurun dırnağını başına tikdin.Belə hünər üçün verib əl-ələYer deyil, əlindən öpdü göy belə.Tərif eyləmədim bu hünəri mən,Qovdum beləliklə bədnəzəri mən.Çünki bəyənilən şeyə göz dəyər,Pis gözdən insana ziyan tez dəyər.Fələyin əjdəri ortaya ancaqMəhəbbət yerinə saldı bir nifaq".Şahı tutdu bu söz yaman yerində,Saxladı bu sözü şah can yerində.Söylədi: "Səndədir düzlük, sədaqət,Vəfana çox şeydir dəlil, şəhadət.Sənsən mehribanlıq eyləyən əvvəl,İndi üzr istəyən xoşsifət gözəl.Olsun o gövhərə min afərinlərKi, var xilqətində belə bir hünər.Sərhəng olmasaydı əgər pasiban,Daşla qırılardı bu gövhər inan".Çağırıb sərhəngi o, xoşdil etdi,Qolunu boynuna həmail etdi.Verdi böyuklərə yaraşan peşkəş,Bir dürr əvəzinə min dürr etdi bəxş.Olsun töhfə deyib, xeyli şey verdi,Şərəflə, izzətlə mülki-Rey verdi.Şəhərə qayıtdı, başladı büsat.Məclislər quruldu, verildi sovqat.Möbidlər çağrılıb gəldi saraya,Şah kəbin kəsdirdi o dilbər aya.Nəşəli işrətə başladı onlar,Keçdi bu tövrlə uzun zamanlar.
Keçmiş zamanlarda qadınlar özlərinə bəzək vermək uçün yeddi rəngdən istifadə edirdilər: xına, basma, sürmə, ənlik, kirşan, qaliyə (müşk və ənbərdən hazırlanan kosmetika məhsulu) və zərvərəq.