Выбрать главу

YEDDİ GÜNBƏDİN TİKİLMƏSİ VƏ

BƏHRAMIN YEDDİ İQLİMİN QIZINI İSTƏMƏSİ

Əyləndi, başladı keyfə asudə, Ayağında düşmən, əlində badə. Usta hekayəti duşdü yadına, Təriflər yazmışdıq əvvəldən ona, Saray ki, yurduydu o yeddi yarın, Sanki Ərtəngiydi yeddi diyarın. Şahın ürəyinə saldı məhəbbət Ustanın çəkdiyi o yeddi surət. Qaynadı yeddi yol, qəlbi duruldu, Ta ki, yeddi kimya özünün oldu. Kəyan nəslindəndi o birinci qız, Atası ölmüşdü, yalnızdı, yalnız! Min xəznə yolladı o pərizada, Tapdı gövhəritək gövhər dünyada. Sonra da xaqana elçi göndərdi, Bir az qorxu gəldi, ümid də verdi. Xaqandan qız, xəznə və tac istədi, Bir də yeddi illik xərac istədi. O, qızıyla birgə çoxlu şey verdi, Bol mirvari verdi, gövhər hey verdi. Bəhram sonra Ruma yönəldi, axdı, O yurdu ordusu yandırdı-yaxdı. Qorxub nəfəsini çəkmədi Qeysər, Üzr ilə qız verdi, üstəlik də zər. Məğrib padşahına göndərib adam, Çoxlu xəznə aldı, tac aldı Bəhram. Onun da qızını aldı, götürdü, Cəsarətə bax ki, necə iş gördü. Aldı o sərvi də girib bostana, Oradan yeridi tez Hindistana. Racənin gözəli qəlbinə yatdı, Ağılla, tədbirlə murada çatdı. Oradan qasidi Xarəzmə keçdi, Şah üçün gülüzlü bir pəri seçdi. Slavyan şahına yazdı kağızı, İstədi ondan da o dilbər qızı. Yeddi el şahından bu qayda ilə Bəhram sahib oldu yeddi gözələ. Daldı işrətlərə, könlü oldu şad, Həyatdan gəncliyi aldı nəşə, dad.

BƏHRAMIN QIŞ MƏCLİSİNİN TƏRİFİ VƏ

YEDDİ GÜNBƏD TİKDİRİLMƏSİ

Bir gün zəfər çaldı sübhün nur çağı, Açıqdı, aydındı günün qabağı, Nura qərq olmuşdu o səhər cahan, Ah, o gün çıxmasın yaddan heç zaman. Şah gözəl bir üzə bənzər ziyafət Verib, aqilləri eylədi dəvət. Qışın ilk günüydü o səhər, o çağ, İşə ev yarardı, deyil baxça-bağ. Bağların sönmüşdü şamı, çırağı, Tərk edib getmişdi bağbanlar bağı. Qarğa oğurlayıb bülbül səsini, Oxurdu "oğru var" nəşidəsini.[163] O hindu cinslidir, bunu yaxşı bil, Hindlidə oğurluq təəccüb deyil.[164] Səhər nəsiminin mahir nəqqaşı Suda halqa çəkir hər addım başı. Sərt soyuq atəşi tabdan salırdı, Su qılınc, qılınc su şəkli alırdı.[165] Əlində suvanmış ox tutan boran Olmuşdu göz deşən, çeşmə bağlayan. Süd ocaq üstündə dönür pendirə, Şaxta vurur, donur qan birdən-birə. Həvasil qanadı taxmışdı torpaq, Fələk sincab, qaqum bürünmüşdü dağ.[166] Girərək pusquya vəhşi heyvanlar Hər yerdə mal-qara edirdi şikar. Bitkilər başını çəkib torpağa, Boyatma qüvvəsi düşüb duzağa.[167] Öz kimyası ilə iki rəng cahan Daşda od ləlini eyləmiş nihan.[168] Qızılgül kürəni etmişdi otaq, Hikmət palçığından çəkmişdi suvaq.[169] Büllur bulaqları döydükcə şaxta, Olur gümüş kimi su laxta-laxta. Şahın tabxanası belə bir zaman,
вернуться

163

Qarğalar bülbüllərin səsini oğurlayıb oğrular kimi: "Oğrunu tutun" deyə qar-qar qarıldayırdı.

вернуться

164

Hindli – klassik poeziyada oğurluq, qaralıq və keşikçilik mənasını ifadə etdiyi üçün qara qarğalara bənzədilmişdi.

вернуться

165

Şair burada tiğ (تیغ) sözünün omonimiyasından istifadə edib poetik məzmun yaratmışdır. Tiğ həm qılınc, həm də günəş şüası deməkdir.

Beytin mənası: Soyuqdan su donub buz olur və qılınc kimi kəskin olurdu, Günəşin qılıncı – şüası isə donub şehə dönürdü, su olurdu.

вернуться

166

Göylər sincab rəngli boz buludlarla dolmuş, dağlar isə qaqum dərisi kimi ağ və yumşaq qarla örtülmüşdü.

вернуться

167

Yəni bitkilər boyatma qüdrətini itirib başlarını yerə endirmiş, elə bil namaz qılırdılar.

вернуться

168

Əməlləri məchul, başa düşülməz kimyagər ağlı və qarlı, yəni gecəli-gündüzlü cahan odu ləl kimi daşın ürəyində gizlətmişdi, odur ki, ətrafda istilikdən əsər-əlamət yox idi.

вернуться

169

Burada gülab çəkilməsi nəzərdə tutulur. Suvaq – hikmət gili – kimyagər və zərgərlərin kürənin döşəməsinə yaydıqları gil. Yəni gül hikmətin hökmünə görə şaxtanın təhlükəsindən xilas olmaq üçün köhnə kürədə gizlənib və kürənin ağzını çox möhkəm olan hikmət gili ilə suvamışdır. Bəzi nüsxələrdə kürə əvəzinə kuzə yazılmışdır, bu mətnə daha uyğun gəlir, çünki gülab kuzədə yox, kürədə çəkilir, çünki gülabı yazda-yayda çəkərlər. Mətndə aydın şəkildə deyilir ki, vaxtilə çəkilmiş gülab ağzı hikmət gili ilə bağlanmış küplərdə, kuzələrdə gizlənmişdi.