188
O bağ o qədər gözəl idi ki, hətta əfsanəvi cənnət bağı – İrəm ona "Arami-dil", yəni "ürək rahatlığı" deyirdi. "Arami-dil" həm də nəğmə adı olub. Belə halda məna bir az dəyişir: İrəm bağının gözəlliyinə vurulub, ona "ürək rahatlığı" nəğməsini oxuyurdu.
190
Rahi-reyhan – gül ətirli və gül rəngli badə, şərab. Rahi-reyhanın luğəvi mənası
191
Xuzistan vilayəti (İranın cənubunda) qədim zamanlardan öz şəkər və qəndi ilə məşhurdur. Şair deyir ki, onların al lələ bənzər dodaqları o qədər şirin idi ki, Xuzistanı utandırırdı.
192
Yəni rumlu türklərə bənzər ağ və al yanaqlar öndə, onların arxasında isə zəncilərə bənzər qara qıvrım geysular gedirdilər.