Necə əl götürüm ki, əlimdəsən,Sənin hüzürunda qəm çəkim nədən?Sən torpaqdan olsan, mən torpaqdanam,Sən pərisən əgər, mən də insanam.Yedim dodağımı bu qədər, yetər,Bəs deyil dişimi sorduğum məgər?Əlac et, qəlbimə qəm salıb ləkə,Yetişim arzuma bu gecə bəlkə.Bəxtimə köməyin ancaq yar olar,İnsan taleyilə bəxtiyar olar.Deyirsən: qəm yemə, canan sənindir,Calış, işində ol, bu can sənindir.Yüküm ağır oldu, ayaq surüşdü,Qurtar, qurtar, işim əngələ düşdü.Ahu sağrılısan, ey saçı ənbər,Dovşan yuxusuna verməyin yetər,Qorxuram çox yaman bu qurd fələkdən,Tülkülük etməyə başlaya birdən.Qorxuram üstümə cuma şir kimi,Didə pələng kimi, ləc bəbir kimi.Arzuma çatmağa inayət eylə!Məni kama yetir, ədalət eylə!Arzu dərgahını bağlasan üzə,Çıxmaram gecədən nurlu gündüzə.Çək mənim nazımı, ey nazlı dilbər,Qonağın nazını şahlar çəkərlər.Gördü səbrim gedib, qərarsızam mən,– Razıyam, əl götür, – dedi, – gülbədən,– Nazını çəkərəm, naz çəkmək peşəm,Sən Xəllux əhlisən, mənsə həbəşəm.[195]Qarşında, ey qonaq, ey sevimli yar,Belə süfrələrin nə qiyməti var?O murad ki, səni yandırır belə,Onu tez axtarsan, gec gələr ələ.Tikanlıq dönərsə əgər cənnətə,Mən də meyl eylərəm belə sənətə.Söyüd ud qoxusu yaysa dağ-daşa,Məndən də belə bir iş gələr başa.İstə məqsudunu, gözüm üstə, al,Ancaq o istəyin xəyaldır, xəyal!Üz sənin, döş sənin, dodaq sənindir,Bir dürrü vermərəm, hər haqq sənindir.Belə bir gecəylə etsən ixtilat,Qabaqda var hələ min belə büsat.Könül al şərabdan odlanan zaman,Sənə bağışlaram ayüzlü canan.Ondan arzunu al, nişanı tuşla,Mənim ətəyimi ancaq ki boşla!Məni azdırdığı yolla getmədim,Qulaq asdımsa da, əməl etmədim.Çalışdım ki, olum həyalı, həlim,Qızğındı, kəskindi odum, dəmirim.Baxtım söylədi: "Ey fərsiz, dərdmənd,Abadandan uzaq tapılmaz bir kənd.Mənisə aldatdı tamah, etdi xam,Paydan məğmun olur çox uman adam".Dedim: "Ey işimi dolaşıq salan,Qərarımı vurub könlümdən çalan,Yüz minlər yönəldi xəznəyə sarı,Aqibət bu yolda tapdı məzarı.Ayağım xəznələr içində ikən,Düşsəm də zillətə, əl çəkmərəm mən.Əsla danışmaram belə əməldən,Ölsəm də, vermərəm zülfünü əldən.Taxtında şamımı yandır, ey mələk,Ya da taxtın kimi, dur, çarmıxa çək!Ya bu fərşdə oyna, ya al canımı,Qum səp, fərş üstünə, axıt qanımı.[196]Gözümün nurusan, bir özgə cansan,Hicri dözülməyən sərvi-rəvansan.Səntək bir huridən məqsədə yetsəm,Müftədir, canımı qurban da etsəm.Müftə bir xəznəni kimdir almayan?Canını bu yolda oda salmayan?Gəl, parlat bu gecə məni şam kimi,Çıraqtək yandırır qəmin qəlbimi.Yansam çıraq kimi, canım sağ qalar,Sönərsəm sinəmdə, bil ki, dağ qalar.Günəş yandırmasa bizi odlara,Ruzimiz az olar, günümüz qara.Bir arzu deyildir istəyim səndən,Sadə bir yuxudur, söyləyirəm mən.Dimağım bir dərin yuxuya batmış,Ölüdən seçilməz, inan ki, yatmış.Görsəydi gözlərim səni dunyada,Görməzdim üzünü şirin röyada.Əgər can almaqsa xəyalın sənin.Öldür, olsun qanım həlalın sənin".Deyib bu sözləri coşduqca coşdum,O gözəl çiçəyin üstünə qoşdum.Xəznə qapısını gətirdim ələ,İstədim yetirəm əqiqi lələ.Görmədən arzumdan hələ bir səmər,Yalvardı, yaxardı, etmədi əsər.O: – Səbr eylə, – dedi, hörmət istədi,Vüsala yetməyə möhlət istədi:"Sənindir xəzinə, xam xəyalı at,Sakit ol bu gecə, sabah kama çat.Başqa fikirlərə qapılma hələ,Sabah gecə xəznə alarsan ələ.Birgecəlik dözüm çətin deyildir,Axı bir gecə ki, bir il deyildir".Çox dedi, baxmadım, döndüm xəncərə,Əlimi kor kimi atdım kəmərə.Xahişi, niyazı artdıqca onun,Həvəsim birə yüz olurdu əfzun.İş gəldi elə bir məqama çatdı,Səyim haman bağlı bəndi boşaltdı.İnadkar görüncə nazlı yar məni,Əsəbi, səbirsiz, biqərar məni,Dedi: "Yum gözünü, nə danış, nə din,Açım qapısını qənd xəznəsinin.Aman ver, qoy açım sən istəyəni,Gözlərini açıb, qucarsan məni.Aldanıb şəkərli bəhanəsinə,Yumdum gözlərimi bal xəznəsinə.Bir dəqiqə onu sakit buraxdım,Sonra, "Aç gözünü", deyincə baxdımKi, vurum caynağa yağlı şikarı,Alım qucağıma o gözəl yarı.Çevirincə ona dərhal üzümü,Səbətin içində gördüm özümü.Nə bir kişi vardı, nə qadın, eyvah,Munisim soyuq yel, dostum qızğın ah.Kölgəydim, işığın yolundan azdım,Türkünazdan iraq bir Türkütazdım.Dəhşətlə sarsıldı qəlbim dərindən,Bu zaman səbətim qopdu yerindən.Köhnə dostum gəlib eylədi imdad,Etdi səbətimi iplərdən azad.Taleyim çıxınca hər bir oyundan,Səbətim aşağı gəldi sütundan.Bir zaman o məni tərk edib qaçan,Oldu üzr istəyən, hörmətlər saçan,Dedi: "Söyləsəydim əgər mən yüz il,Deyərdin ki, bu iş həqiqət deyil.O şey ki, gizlindi gördün göz ilə,Bu sirr deyilməzdi əsla söz ilə.Onunla dönmüşəm mən də qaynara,Zülmlər görmüşəm, geymişəm qara".Dedim ki: "Ey başı bəlalar çəkən,Rəyini olduqca bəyənmişəm mən.Çəkdim o qədər ki, qəmdən ahü-zar,Qismətim kəsildi bu qara paltar.Qara ipək gətir". O, durdu, getdi,Qaranlıq gecədə tədarük etdi.O qara paltarı alıb geyincə,Hazırlıq görərək mən haman gecəMəmləkətim deyə yola düzəldim,Qaralar içində evimə gəldim.Qara geyənlərə şaham, sərdaram,Qara bulud kimi coşub gurlaram.Püxtə arzu-kamdan gəldim tüğyana,Ömrü xam arzular saldı hicrana.Elə ki, sahibim bu hekayəniDanışıb eylədi xəbərdar məni,Şahımın yanında kənizdim, heçdim,Onun seçdiyini mən dəxi seçdim.Yetmək məqsədilə abi-həyataİskəndərlə birgə getdim zülmata.Zülmat gecə ayı çırağban eylər,Soltanlar çətrini qaradan eylər.Rənglərin yaxşısı qaradır, qara,Balıq beli hara, sümüyu hara?[197]Qara tükdür verən gənclikdən nişan,Qaranlıq göstərər ağ üzü cavan.Göz qarası ilə görər cahanı,Kim görmüş ləkələr örtsün qaranı?Gecə örtməsəydi qara ipəklərAyın beşiyinə yarardı məgər?Yeddi rəng tanıyır geniş asiman,Qaradır rənglərə üstün hər zaman.Nə zaman ki, hindin gözəl xilqətiSöyləyib qurtardı bu hekayəti,Şah "afərin!" deyib baş-başa çatdı,Alıb qucağına gözəli, yatdı...
Xəllux – qədim Türküstan şəhərlərindən biri, öz ağ türk gözəlləri ilə məşhur idi. Həbəşistanda yaşayanlar isə ədəbiyyatda qaranlıq və çirkinlik rəmzi olublar.
Fərş (əslində nət) – dəridən, göndən düzəldilmiş cəllad xalçası. Şahın hüzurunda qəsrdə məhkumun boynunu vuranda nəti salıb üstünə də qum tökərlərmiş ki, qan döşəməni bulamasın; nətin ikinci mənası isə adi örtük, nazik dəridən – ədimdən qayrılmış xalçadır. Torktaz Torknazdan xahiş edir ki, ya oturduqları fərşin üstündə onunla oynaşsın, ya onun boynunu vursun.