Bişr dedi: – Allahın qəzası vardır,Hər şeyə hökm edən pərvərdigardır.O dedi ki: – Düşün, at hikmətə əl,Qart qarılar kimi nağıl açma, gəl!Havadır doğuran yeli, ruzgarı,Yelləndirir onu ərzin buxarı.Bircə o tərəfə göz yetirib bax,Neçin çox ucadır o möhtəşəm dağ?Dedi: – Var Tanrının bunda əsəri:Birisi yüksəkdir, alçaqdır biri.Məlixa söylədi: – Sübutsuz demə!Yetişir bağladın naxşı qələmə.Bulud yağış tökər, su axar gedər,Dağları, daşları sel yıxar gedər,O dağın ki, uca dik başı vardır,Selin axımından xeyli kənardır.Bişr bir qışqırdı, titrədi dağ-daş:– Tanrının işinə, – dedi – qoşma baş!Hər işin sirrindən xəbərdaram mən,Hər elmə vaqifəm, üstünəm səndən.Səbəb boş deyilməz, gəl, düşün bir az,Yolu xəyal ilə süpürmək olmaz.Sanma var pərdəyə yol tapa bilən!Oxuyuruq naxşı pərdədə üzdən.Qələt addımlamaq deyil ictihad,Yanlış oxuyana olmaz etimad.Qorxuram bu pərdə olanda nihanQələt oyun görə qələt oxuyan.Bu yüksək budaqlı ağaca sən, gəl,Ərköyünlük ilə toxundurma əl.Bişr bu sehri ki, oxudu, yenəFüzul qulaq asdı şeytan deyənə.Onlar bir neçə gün birgə getdilər,O füzulluq etdi istəyən qədər.Yol isti, çöl susuz, yolçular susuz,Oldu beyinləri qaynar, yuxusuz.Qışqırıb yol boyu böyürürdülər,Coşub gedirdilər, yüyürürdülər.Axırda yetdilər pakizə, uca,Şaxlı, budaqlı bir gözəl ağaca.Bu yerin otları ipəkdi, ipək,Göz daldı seyrinə, oldu sevincək.Orda basdırılmış bir küp durardı,İçində tərtəzə şirin su vardı.O küpün içində görüb uzunçuTəzə reyhan kimi ürək açan su,Dedi Bişrə: – Gözəl yoldaşım, de bir,Neçin bu küp belə qum içindədir?Söylə nəyə görə ağzına qədərBasdırılmış yerə? Ver bundan xəbər!De görüm ki, suyu çoxdur, ya azdır?Yoxuş deyil yeri, çöldür, bayazdır?Bişr: – Etmiş, – dedi, – bunu insanlar,Çox-çox görünmüşdür belə ehsanlar.Qorxudan gömüblər onu qumlaraKi, sınıb olmasın tez para-para.Məlixa söylədi: – Gəl, yaxşı düşün,Verdiyin cavablar qələtdir bütün.Biri əzab çəkib yaşayacaqdır,Özgə birinə su daşıyacaqdır?Özü də burda ki, isti çöl boyuNə çeşmə tapılar, nə də bir quyu?Burada ovçular qurmuş duzağı,Buradır ov yeri, ovçu ovlağı.Bu küpə ki suyu doldurmuş insan,Deməli ov üçün tor qurmuş insan.Duzlu şeylər yeyən yabanı heyvan:Maral, dağ keçisi, gur, cüyür, ceyranBütün çöl uzunu su gəzə-gəzəGəlsinlər belə bir küp olan düzə.Ovçu hiylə tökər, bağlar yolları,Sonra əlində ox gözlər şikarı.Vurar su içəndə heyvanı, gedər,Doğrayar ətini kabablıq edər.Belə aç düyünü, belə düşün sən,Desin eşidənlər afərin, əhsən.Bişr dedi: – Dur, ey sirr edən aşkar,Hər kəsin gizli bir əqidəsi var.Ürəkdə var gizli çox niyyətimiz,Hər kəsi də belə zənn edirik biz.Etmə, dedim sənə, gəl, pis fikirlərKi, sonra əlindən baş verməsin şər.Suyun kənarına onlar keçdilər,Yerə süfrə salıb yeyib-içdilər.Doğrudan bu suyun heç üstü yoxdu,Yanğı yatırandı, safdı, soyuqdu.Məlixa ucadan dedi Bişrə: – Dur,Bir qədər bu sudan kənarda otur.Soyunub ta ki, bu saf suya girim,Yuyunum, nəhayət tökülsün kirim.Duzlu tər içində nə vaxtdır mənimÇirkaba dönübdür bütün bədənim.Çimim tez burada, qoy laməhala,Sonra da tərtəmiz düzəlim yola.Sonra küpü daşla parçalayım mən,Heyvanlar qurtarsın əziyyətlərdən.Bişr dedi ki: – Ey qəlbi saf, gedək,Küpü bulandırmaq nəyinə gərək?Sevinib əyildin sudan içməyə,Tökürsən içinə indi kir niyə?Hər kim ki, saf sudan içsə bir gilə,Əyilib içinə tüpürməz belə.Aynanı sürtməyə sirkə vurulmaz,Saf dəxi tortayla bulandırılmaz.Üzsə bir yolçunu əgər yanğısı,Yenidən can verər ona şirin su.Sanma ki, nəsihət ona kar etdi,Öz bəd əməlini aşikar etdi.Soyunub, paltarı yığdı bir yerə,Atıldı sulara o birdən-birə.Bu küp deyildi, bir quyuydu, quyu,Bitib tükənməzdi içinin suyu.Əcəl zirəkliklə yola getmədi,Can atdı nə qədər, təsir etmədi.Su doldu ağzına, əcəli çatdı,Nəhayət quyunun içində batdı.Bişr sudan ötrü yandı dərindən,Tökdü su üstündə su gözlərindən.Dedi: – Haramzada, bu xam oğlu, xam,Salamını mənə eylədi haram.Qorxuram bu çirkin xasiyyətiləKüpün saf suyunu döndərsin lilə.Suyu çirki ilə bulandırar o,Daş alıb saxsını birdən qırar o!Belə bir düşüncə pislərdən törər,Nəinki ağıllı kəslərdən törər.Kimsənin olmasın belə yoldaşı,Batsın eləsinin görüm ki, başı.Dalınca deyindi onun bir qədər,Gözlədi, görmədi kişidən əsər.Durub axtarmağa yönəldi onu,Bilmirdi xacənin qərq olduğunu.Batmış gördü suda öz yoldaşını,Küpün qırağına əymiş başını.Təəccüb eylədi suya baxaraq,O yüksək ağacdan kəsdi bir budaq,Ya bir nizə qədər, ya bir az uzun,Yondu qabığını həmən çubuğun.Dəniz ölçən kimi ağacı aldı,Tez götürüb küpün içinə saldı.Küp demə, küp demə, quyudur, quyu,Kərpic divarlara qalxmışdı suyu.Zay etməsin suyu gələn heyvanlarDeyə quyu üstə yarım saxsı var.Çıxartdı quyudan bədbəxt oğlunu,Torpaq quyusuna gətirdi onu.[215]Doldurdu qəbrini torpaqla, daşla,Durdu baş ucunda dedi, təlaşla:"Hanı zirəkliyin, fikrin, xəyalın?Düyünləri açan ağlın, kamalın?İnsanlar, pərilər düşərkən daraHanı öyündüyün, bildiyin çara?Nədir o, deyirdin: yeddi fələkdənQeybi kəmənd ilə çəkən mənəm, mən!Nə kişi, nə qadın olan, de, səninNə oldu hünərin, on iki fənnin?Əvvəldən bilirdin hər olacağı,Zirəkdin, görürdün dalı, qabağı.Uzaqgörücüydün, niyə görmədin?Bu açıq quyudan xəbər vermədin?Az eyləmədik biz bu sudan söhbət,Gəldi ortalığa hər cür hekayət,Çox uzatdıqsa da biz küp fəslini,Söyləyə bilmədik işin əslini.O küpün suyuna biz nələr atdıq,