– Bu xas məclisimdə, – şah dedi, – gərəkSaf zəri məhəklə imtahan edək.Taxta əyləşdirdi cavan qonağı,Durub tərk eylədi sonra otağı,Oturdu qızıyla özü üz-üzə,Görsün necə başlar oğlanla sözə.Təraz gözəlləri dərs almış ondan,Oyuna başladı pərdə dalından.İki lö-lö üçün uzadaraq əl,[226]Tanasından alıb verdi o gözəl.Dedi xəznədara: – Qonağa yetir,Verilən suala cavab al, gətir.Xəznədar qonağın yanına getdi,Ona verilmişi tez təqdim etdi.Alaraq əlinə cavan qəhrəmanGötür-qoy eylədi, baxdı bir zaman.Özü gətirdiyi cəvahirlərdənQoydu üstlərinə üçünü birdən.Uzadıb əlbəəl dürrü verənə,Gözəlin özünə göndərdi yenə.Lö-löü beş dənə görüb qələmqaşÇəkdi tərəzidə qoyub gözə daş.Artıq-əskik görüb, mənanı sezdi,Daş alıb toz kimi onları əzdi.Üstünə bir ovuc şəkər ataraq,Sonra da onları alıb qataraq,Verdi ki, qonağa elçi yetirsin,Belə bir suala cavab gətirsin.– Mənə süd veriniz, – gənc dərhal dedi,Qatıb südlə tozu verib, – al, – dedi.Xidmətçi xanımın yanına getdi,Verilən sovqatı tez təqdim etdi,Göndərilən südü qız içib durdu,Dibində qalanı xəmir yoğurdu.Tərəzidə çəkdi, keyfi saz oldu,Əvvəlkindən nə çox, nə də az oldu.Bu dəfə götürüb o pəricamalBir üzük yollayıb, eylədi sual.Oğlan alan kimi baxıb yoxladı,Taxdı barmağına, əziz saxladı.Dürr verdi dünyanı işıqlandıran,Nurlu səhər kimi çıraq yandıran.Hurinəsil kəniz dönərək yenəYetirdi tək dürrü nadir ləlinə.Onu yoxlayaraq möhtəşəm pəriAçdı saxladığı düyünçələri.Bu dürrün tayını axtardı, gəzdi,Var bir şəbçırağı çox nurlu, sezdi.Götürüb onları çəkdi bir telə,Belə bənzəyişi görən yox hələ.Elçi verdi dürrü öz dəryasına,Yetirdi günəşi Sürəyyasına.Ağıllı gənc baxdı nə qədər, düzü,Ayıra bilmədi fərq edən gözü.Baxdı, istəyincə suluydu onlar,Rövnəqlə, şəfəqlə doluydu onlar.Qulamlara dedi: – Göy muncuq verin!Bu muncuq deyildi tayı dürlərin.Onların üstünə muncuğu qoydu,Sonra: – Apar, – dedi, cavabı buydu.Qız dürrü, muncuğu alıb görüncə,Öpdü o muncuğu və güldü incə.Dürr ilə möhrəni götürdü, baxdı,Saldı qulağına, qoluna taxtı.Dedi: – İşə başla, ata, taxta çıx,Yetər naz etdiyim bəxtimə artıq.İqbalımdır ancaq havadar mənə,Qismət oldu belə igid yar mənə.Mən seçdim özümə belə bir əri,Tapılmaz ölkədə heç bərabəri.Biz bilik sevənik, bu ki, əyandır,Mən ürfan gölüyəm, o, bir ümmandır.Şah çox maraqlanıb bu hekayətdən,Dedi: – Ey mələyim, heyrətdəyəm mən,Sizdən eşitdiyim bu sual-cavabXeyli pərdəlidir, eylə gəl savab,Gizli oyunları, durma, hünər saç,Ata qarşısında bircə-bircə aç!O qız bəslənmişdi razü niyazla,Açdı düyünləri söylədi nazla.Dedi: – İtilədim huşumu əvvəl,Sonra da sırğama dərhal atdım əl.Açıb yollayaraq belə dedim mən:"Həyat iki gündür, vermə əlindən!"Üç də üstə gəlib dedi: "Azdır, az,Həyat beş də olsa, yenə də çatmaz".Mən şəkər artırıb həmən dürlərə,Əzib qarışdırdım dərhal bir yerə."Şöhrətlə birləşmiş, – dedim, – bu ömür,Necə ki, qarışmış şəkər ilə dürr.Kimya və əfsunla kimdə var hünər,İş görsün, ayrılsın dürlərdən şəkər".O südü gətirib araya saldı,Şəkər tez əridi, dürr isə qaldı.Dedi ki: "Qarışan dürr ilə şəkərAyrılar, bir damcı süd olsa əgər".İçərək südünü piyaləsindən,Dedim: "Südəmərəm qabağında mən.Bir üzük yollayıb dedim bəyənsən,Mənim xoşladığım ər elə sənsən".Bir gövhər yolladı, dedi: "Gözəl ay,Bu gövhərtək mənə tapılmaz heç tay".Açdın düyünçəni, bir gövhər aldım,Onun sovqatına bərabər aldım.Yolladım tayını, aradı, gəzdi,Yoxdur üçüncüsü dünyada sezdi.Göy muncuq gətirib o cavan ələ,Göz dəyməsin deyə qoşdu o lələ.Möhrəni yanımda saxlamaqla mənMöhrünə razılıq verdim ürəkdən.Sevgisinin möhrü sinəmdə yaşar,O möhürdür gizli sinəmə açar.Elə ki beş sirri mən işə saldım,Sanki şah önündə beş növbə çaldım.Şah gördü harın at olmuş xeyli ram,Xam qamçı üzündən artıq deyil xam.Toy etdi, gözləyib dəbi, adəti,Yaxşı büsat qurdu, pozmadı şərti.Şah toy məclisində saçırdı şəkər,Zöhrəylə Süheylə kəbin kəsdilər.[227]Bir məclis yarandı cənnətdən gözəl,Bürüdü hər yanı ətri əlbəəl.Şah toy məclisinə min bəzək vurdu,Sərvi gül yanında qoyub da durdu.Oldu bir-birinə onlar mühəvvəl,[228]Şah getdi, olmadı məclisə əngəl.Ləl arayan yetdi lələ, mərcana,Can alan qız çatdı gözəl bir cana.Cavan öpdü qızın gül dodağını,Gah əmdi narını, gah buxağını.Axırda almazı dürrə toxundu,Laçını kəkliyin üstünə qondu.Gördü taxmış qola muncuğunu yar,Sərxoş gözlərində məhəbbət oynar.Əyləndirdi onu gözəl şah qızı,Paltarı üzütək oldu qırmızı.Al geyimlə yetdi kama o cavan,Al rəng oldu ona xeyirdən nişan.Al geyib zülmətdən, çıxdı bu minval,Bu gündən bəzəyi onun oldu al.Geyindi qırmızı, yaşadı gümrah,Ona ad verdilər: Al geyimli şah.Al təzə bəzəkdir qəlbə, əziz tut,Hər zaman bahadır qırmızı yaqut.Zər qırmızı kükürd adını aldı,Qırmızı geyməklə adı ucaldı.Qan ki ruhumuza qarışıb yaşar,Canın bu lütfündə qırmızılıq var.Ey insan oğlunda yaxşılıq gəzən,Əsl yaxşılığı al rəngdə bil sən.Qızılgül olmasa qırmızı hərgah,Güllərin içində sayılmazdı şah.Qızın hekayəti yetişdi sona,Qızılgül ətrini saçdı hər yana.Onda ki, qızılgül ətrafı sardı,Bəhramın mey kimi üzü qızardı.Tez o qızılgülə əlini atdı.Alıb qucağına naz ilə yatdı.
BƏHRAMIN ÇƏRŞƏNBƏ GÜNÜ FİRUZƏ RƏNGLİ GÜNBƏDƏ GETMƏSİ VƏ