Выбрать главу
Cümə günü səhər bu yamyaşıl tağ Evini günəşdən etdi ağappaq. Şah da ağ geyinib yola düzəldi, Həmən ağ günbədin üstünə gəldi. Yurd idi Zöhrəyə beşinci iqlim, Beş növbə çaldırıb oldu o təslim. Zəncilər Xötənə qoşun çəkmədən Şənlik meydanını şah etmişdi gen.[266] Ayın, ulduzların, qalxaraq gecə, Əl atıb gözünə sürmə çəkincə, Şah rica eylədi o dildadədən, Gecə həmdəmindən, səhərzadədən, Uysun günbədinin xoş ahənginə, Ərğənun rəngini qatsın rənginə. Qız səna söylədi şahın baxtına, Bir də ki, o gözəl tacü-taxtına, Dualar oxudu, afərin dedi, Bu dövlət artıran bir dua idi.

HEKAYƏ

Dedi: – Şah istəyir gözəl hekayət, Dilim bacaranı deyərəm əlbət. Bir anam vardı ki, evin duzuydu, Qarılar qurd olar, o bir quzuydu. Nağıl edirdi ki, tanış bir nəfər Qonaq eyləmişdi məni bir səfər, Bəzəkli-düzəkli süfrə düzəldi, Az-çox nəyi varsa ortaya gəldi: Quzular, toyuqlar, plov mala-mal, Çörəklər, yuxalar, cürbəcür qoğal, Muxtəlif halvalar könül istədən, Bəzisi badamdan, bəzi püstədən. Ürək aldadıcı lətif meyvələr: İsfahan alması, Rey üzümü tər. Çoxlu nar, hamısı meyxoş, yeməli, Vardı o məclisdə çox narməməli. Əvvəlcə başladıq nahar yeməyə, Sonra meyl eylədik ruh açan meyə. Qarışdıq, uyuşduq üzügülər, şən Mən kimi bir neçə xoş nağıl deyən. Dedi öz dərdini hər gözəl pəri, Təkdən-tükdən oldu bütün sözləri. Açdı gül ağzını bir şux mahcamal, Elə bil əridi süd içində bal. Onun ürək açan bir səsi vardı, Sözündən balıqlar, quşlar yatardı. Əqiqindən ləziz çeşməni açdı, Coşdu, aşiq kimi kükrədi, daşdı. Dedi: – Bir gənc vardı şirin danışan, Şəkər qamışına oxşar bir cavan. İsaya bənzərdi əqli, kamalı, Yusifdi məclisdə yalnız misalı. Elmi dərya kimi, cürəti vardı, Bir də ki o cavan çox pəhrizkardı. İrəm bağı kimi vardı bir bağı, Bağ deyil, bağların nurlu çırağı. Ətirlə yoğrulub sanki hər yeri, Cənnət meyvəsinə oxşar bəhəri. Ürəklə doluydu nar içi sayaq, Tikansız güllərdi başdan-başa bağ. Varsa da güllərin əgər tikanı, Qorumaq üçündür yalnız bostanı. Sərvlər altında sular axardı, Hər tərəf yaşıldı, axar-baxardı. Tutmuşdu hər yanı quşların səsi, Ərğəvan bağlarda göyün qübbəsi. Sərvlər dibini basmış gül-çiçək, Ruhlular mahnıya vermişdi ürək. Pərgar işləmişdi baxsan hər yerə, Dörd qalın divara çəkmiş dörd möhrə,[267] Eyvan ucalmışdı ulduza, aya, Bədnəzərin yolu yoxdu oraya. Çəkib varlılara o səfalı bağ Əzəl gündən bəri çalın-çarpaz dağ. O kişi hər həftə bağa gedərdi, Zövq alar, qəlbini rahat edərdi. Sərvi bəzəyərdi, səmən əkərdi, Müşk səpər hər yana, ənbər çəkərdi. Nərgizə əliylə verər təzə cam, Yollar bənövşədən səbzəyə salam. Dolanaraq bağı başlardı seyrə, Sonra da yollanıb gedərdi şəhrə. Günlərin birində, o səhərçağı Getmişdi gəzməyə bu gülzar bağı. Gördü ki, qapılar bağlıdır yaman, Musiqi səsinə yatmışdı bağban. Çulğalayır bağı xoş səs, xoş avaz, Orda can bəsləyən olmuşdur canbaz. Birər rəqqasədir yaşıl ağaclar, Yarpaq həyat verir, canlar alır bar. O gözəl səsləri xacə eşitdi, Canı uzaqdaydı, yaxanı diddi. Nə baş çevirməyə qərarı vardı, Nə qapı açmağa açarı vardı. Döydü, cavab almaq müşküldü, müşkül! Sərvlər oynayır, yuxlayırdı gül. Bağın ətrafını dolandı, gəzdi, Sanma ki, girməyə bir qapı sezdi, Yol tapa bilmədi, durub döyükdü, Sonra hasarının dibini sökdü. Tamaşa etməyə girdi içəri, Sərvtək pay almaq oldu şakəri:[268] Bir bəhanə olsun ondan ötrü bağ, Assın – könül verib – çalğıya qulaq, Görsün kim qoparıb bağda tufanı, Bağça nə haldadır, hanı bağbanı? Bostanı parladan qızıl güllərdən, Bağçada keyf edən incəbellərdən, İki gümüş baldır, döşləri səmən Dayanıb qapıda keşik çəkir şən. O huribədənli qızlara, düzü, Dəyməsin bir nəfər naməhrəm gözü. Xacə eyləyincə dəlikdən güzər, – Ədəbsiz, – deyərək onu döydülər. Kənizlər qoydular ömrünü darda, Oğru güman edib bağladılar da. Xacə qəbul etdi zülmü, təhqiri, Nə üçün? Var idi çünki təqsiri. Yumruqla vurdular durub qəsdinə, Sonra çığırdılar bərk-bərk üstünə: – Gəlmisən ki, bağa vurasan zərər, Heyiflər ki, bağban tutmamış xəbər. Oğrunu bağında tutarsa bağban, Əl atar kötəyə, döyər bu zaman. Biz ki bu kötəklə səni dağladıq, Demək ki, layiqsən, tutub bağladıq. Bir də çəpər boyu gizli dolaşma, Darvaza yerinə divardan aşma. Kişi söylədi ki: "Bu bağ mənimdir, Bu tüstülər yayan çıraq mənimdir. Qapım şir ağzına bənzər xeyli gen, Girdim tülkü kimi nədən dəlikdən. Kim belə girərsə əgər mülkünə, Keçər mülkü onun yerin təkinə". Kənizlər bu zaman donub durdular, Bağın nişanını ondan sordular. Gördülər, doğrudur bütün şəhadət, Coşdu məhəbbətlər, söndü ədavət. Bağın ağasıdır, onlar inandı, Eşqiylə canları yandı, nə yandı, O çox şirindildi, gözəldən gözəl, Gözəl kişi görən arvaddan üz əl! Gördülər var onun xoş təbiəti, Barışıb etdilər ona hörməti. Qurtardılar onu zülmün bağından, Açdılar, öpdülər əl-ayağından. Üzr ilə dedilər: "Əfv et bizi sən". Hər ikisi uydu ona könüldən. Əgər dost olarsa üzr ilə düşman Bağdakı rəxnədən qalmaz bir nişan. Bağın uçuğunu gedib hördülər, Xacəni dostluğa rəva gördülər. Əyləşdilər nazla önündə sonra, Nəql etdilər ona uzun macəra: – Bahar kimi açan gözəl bağçada, Çatsın söylədilər xacə murada. Kim ki, ürəkalan almayanaqdır, Bu gün bu bağçada əziz qonaqdır. Gəzsən qarış-qarış bütün şəhəri, Gözlərə nur verən hər gözəl pəri,
вернуться

266

Zənciyə bənzər qara gecə Xötənin ağ, gözəl türk qızlarına bənzəyən gündüzə hücum etməyincə, yəni bütün günu gecəyə qədər şah şənlik meydanını genişləndirib şənləndi.

вернуться

267

Burada möhrə lay, hissə deməkdir. Qədimdə bağ hasarlarını gildən, torpaqdan hörərdilər. Bir möhrə – 105 sm. Hörgü qurtarandan sonra, onun üstünə birinciyə nisbətən nazik bir möhrə də hörərdilər. Görünür, təsvir olunan bağın hasarı dörd möhrədən, hundürlüyu isə 4 m 20 sm-dən ibarət imiş.

вернуться

268

Sufilərin müşahidə mərasimi nəzərdə tutulur. Yəni bağda dayanıb diqqətlə müşahidə etməyə başladı ki, görsün orada nə üz verib.