вернуться
276
Burtas – rus düzəngahlarında yaşayan məşhur türk qəbilələrindən biri olmuşdur. Onlar əsasən ovçuluq və heyvandarlıqla məşğul olmuşlar. Nizaminin vaxtında xəzi Azərbaycan bazarlarına əsasən burtaslar və ruslar gətirərmişlər. Burtasların yorğanları parlaq ağ qaqum və dələ dərisindən olduğu üçun gündüzün işığını şair onunla müqayisə edir.
вернуться
277
Günəşin bir dəstəli qılıncı – şüası itəndən sonra gecənin zirehi, yəni göy min mıxla, yəni ulduzla doldu.
вернуться
280
Samanilər – Orta Asiyada, Xorasanda və İranın bir hissəsində hökmranlıq etmiş (874-999) hökmdarlar sülaləsi. Onların saraylarındakı xalça və gəbələr öz naxış və qeyri-adi gözəllikləri ilə məşhur idi. Bağdakı gülzarı şair samanilərin həmin məşhur xalçalarına bənzətmişdir.