Выбрать главу

BƏHRAMIN ZALIM VƏZİRİ ÖLDÜRTMƏSİ

Tozlu kilimini yer qalxıb aldı, Palçıq kölgəsini günəşə saldı. Bu torpaq kürədə qəm yedi, Bəhram Döndü yaş kərpicə; pozuldu tamam. Tədbirlər aradı o canü dildən Ki, seçib tikanı ayıra güldən. Dünyanın zülmündən olunca agah Ədalət yoluna qədəm qoydu şah. Vəzirin felini edərkən xəyal, Atdı kicgahına əlini dərhal. Bürüdü sübhədək xəcalət onu, Yatmağa qoymadı bu halət onu. Gunəşin çeşməsi saxsı güldanda Reyhanlar yetirib açan zamanda,[304] Bəhram yağış görmüş təzə reyhana Dönərək, dürr səpdi qəlbi yanana. Fərman verdi: – Taxtım qurulsun gərək, Yerə dar ağacı vurulsun gərək. İzn alıb, axdı el barigah sarı, Durdu əldə qılınc xas adamları. Oturdu ölkənin məşhur ərləri, Sürüldü yoxuşa ədalət nəri. Camaat yığıldı, coşdu yığıncaq, Gələnlər yaratdı əzəmətli dağ. Vəzir ki, zülmündə ölkədə təkdi, Gör onu şah necə zəncirə çəkdi. Diriykən asıldı dardan o alçaq, Öldü xəcalətdən oğrular sayaq. Şah dedi: – Kim qalxsa bu cür göylərə, Ruzgar yıxar onu bu minval yerə. Xəyanətkar olar ellər bədnamı, Pislərin pislikdir hər sərəncamı. Zülm eyləyib əgər şur qaldırsa, bil, Göndərər məzara onu hər adil. Sanma ki, dayağı yox ədalətin, Yer, göy qulluğunda durmuşdur mətin. Kim salsa dünyada zülüm bağını Deməli bağlar öz əl-ayağını. Bəhram ədalətdə aldı yaxşı ad, Etdi qurdla iti, çobanı tez yad. Dəvətlə taxtü-tac verdi çobana, Səadət, asayiş bəxş etdi ona. Götürdü ölkədən bütün əngəli, Kökündən qopardı zoru öz əli. İşlətdi bu sayaq tədbirlər, demək, Dəmiri zər oldu, palazı ipək. Dənizləri keçən, dağları aşan Qoşun, xəznə yığdı adil hökmüran.

ÇİN XAQANININ BƏHRAMDAN ÜZR İSTƏMƏSİ

Xaqan eşidincə belə xəbəri, Çəkib ordusunu qayıtdı geri. Bəhramdan iznsiz nəfəs almadı, Üzr diləməkdən geri qalmadı: "Vəzirin ulduzu yerində axdı, Çünki o, fitnəyə möhkəm dayaqdı. Məktublar göndərib çağırdı bizi, Tutdu yağlı sözə ürəyimizi. O, hiylə işlətdi, anlamadım mən, Səbrü qərarımı aldı əlimdən. – Yol xalidir – dedi, – qızıl isə bol, Zər istəyirsənsə, dayanma, tez ol. Keyflidir şahımız, yoxdur onda hal, Üzünə səpməyə su, tapmaz macal. Hazıram, durma, gəl, tərəddüdü at, Mən başlar kəsərəm, sən qılınc uzat. Şahın işlərindən tutdum xəbər mən, Gördüm doğru deyil vəzir söyləyən. Asayiş zamanı, vuruş vaxtı şah Çatır muradına istəsə hərgah. Halqa gəzdirənəm, – dedim mən yenə, Özümə çinliyəm, həbəşəm sənə.[305] Qızım kənizindir, nə qədər sağdır, Tacım kandarında quru torpaqdır". Nə qədər işlədib vəzir xəyanət, Bəhramdan yazmışdı gizli şikayət. Yığıb hamısını verdi elçiyə, Apar Bəhram şaha tez yetir deyə. Gələn məktublardan olunca agah, Katib qələmitək itiləşdi şah. Dedi: – Öldurüldü, olsun şükürlər! Sonra işlərini tutdu mötəbər. Ədlin heykəlini Bəhram ki gördü, Ağdan və qaradan ibrət götürdü. Padşah ədaləti süzəndən bəri Qurban verdi ona yeddi peykəri.[306] Başqa xəyalları qazdı kökündən, Verdi ədalətə könül, oldu şən.

BƏHRAMIN SON GÜNLƏRİ VƏ MAĞARADA YOX OLMASI

Dürlər peyvənd edən ləlin bağına,[307] Gövhərlər düzəndə yer qulağına, Yeddi tağ içində səsləndi mey, cam, Əksi-səda duydu aqibət Bəhram. Dimaq günbədində onu, kamalı Fələyin dövründən eylədi halı: Bu torpaq günbədin sənəmlərindən Uzaq gəz, olarsan, yoxsa, həlak sən. Beyninin günbədi alışdı yenə, Göz yumdu əfsanə, nağıl sehrinə. Gördü ki, işrətə yol verməyən tağ, Hamı günbədlərdən toz qaldıracaq.[308] Yeddi günbədini atıb, unutdu, Başqa bir günbədin yolunu tutdu.[309] Bir tağ ki, fənadan heç tapmaz xələl, Ona həşrə kimi yetişməz bir əl. Yeddi möbid oğlu eylədi dəvət, Verdi hər birinə bir uca günbəd. Tağlara od vurdu, alışdırdı şah, Yəni hər birini etdi atəşgah. Olardı bu zaman altmış yaşı, Yasəmən bitirdi bənövşə başı.[310] Ürəkdən sığındı uca Allaha, Etmədi özünə pərəstiş daha. Tərk etdi sarayı bir axşamçağı, Bürüdü dəstəsi bütün ovlağı. Ov qovlayan zaman şah aydın-aşkar Özünü eylədi necə gör şikar. Ordusu bürüyüb aldı hər yeri, Gur, ceyran yığırdı gəzib çölləri. Qoşun ovlaq boyu gur axtarırdı, Şah isə özünə gor axtarırdı. Qoşun arayırdı çölün gurunu, Bəhram arayırdı təklik gorunu. Ətrafı gəzdikcə, o çəmən-çəmən, Ovladı ahunu öz bədənindən.[311] Gur gəzmə orda ki, torpağı şordur, Ceyranı bəladır, guruysa kordur. Bəhram Gur çöllərdə ov gəzən zaman Gəldi bir gur keçdi onun yanından. Şah bildi çağırır onu cənnətə, Dərhal könül verdi belə dəvətə. İzləyərək guru, qovdu, çapdı at, İldırım sürətlə saldı çathaçat. Sürdü çöllər boyu, cumdu, tələsdi, Xərabə yerlərdə yel kimi əsdi.
вернуться

304

İndiki kimi qədim zamanlarda da saxsı dibçəklərdə gül, çiçək əkərdilər. Burada saxsıdan yoğrulmuş kuzə deyərkən Yer kürəsi nəzərdə tutulur. Yəni Günəşin şüaları Yer üzünü gül-çiçək kimi bəzəyəndə, səhər açılanda, şah ədalət suyu üçün susuzluqdan yananlara dürrə bənzər ədalət yağışı yağdırdı və onları suvarılmış reyhan kimi xoş və təravətli etdi.

вернуться

305

Mən özüm ağlığın və gözəlliyin rəmzi olan türk olsam da, sənin qarşında üzü qarayam, həbəşliyəm.

вернуться

306

Bu və bundan əvvəlki beytdə orijinalda şair üç dəfə peykər sözünü işlətmişdir.

Bu sətirlərin mənası: Şah ədalətin peykərini – simasını muşahidə edib onun mahiyyətinin gözəlliyini dərk etdikdən sonra yeddi peykəri – yeddi planeti, onların şəninə tikilmiş yeddi qəsri və orada yaşayan yeddi gözəli ədalətin peykərinə – vücuduna qurban etdi.

вернуться

307

Dürlər peyvənd edən – qiymətli, maraqlı tarix yazan, nazim, şair; ləl bağı (sapı) – "Bəhramnamə" dastanı.

вернуться

308

Orijinalda işrətə yol verməyən tağ əvəzinə büsat açmış günbəd yazılmışdır, yəni fərşini geniş açmış, qılıncının sağı da, solu da kəsən fələk, göy yeddi günbədin, bütün günbədlər kimi tozunu sovurub, onları tar-mar edəcək.

вернуться

309

Yəni Allaha qulluq etmək üçün atəşgah günbədinin yolunu tutdu.

вернуться

310

Bəhramın yaşı altmışa çatanda onun bənövşə kimi şəvə saçlarının arasında yasəmən kimi ağ güllər bitdi, yəni onun başı ağarmağa başladı.

вернуться

311

Ahu sözünün birinci mənası ahu, ikinci mənası isə eyb, nöqsan deməkdir. Şahın öz bədənində yığdığı ahu – nöqsanlardır. O, öz nöqsanlarını öldürüb əbədiyyətə qovuşmaq istəyirdi.