Köhləni açmışdı elə bil qanad,Sürdü iki nəfər arxasınca at.Yayları buz kimi sərindən sərinBir mağara vardı olduqca dərin.Rəxnəydi hər yanı, xeyli qorxulu,Kimsənin oraya düşməmiş yolu.Gur, igidlər kimi içəri girdi,Şah da arxasınca; o sanki şirdi.Sürdü öz atını birbaş oraya,Keyxosrov xəznəsi bir mağaraya[312]Girdi; bu yer ona pərdədar oldu,Mağara padşaha sanki yar oldu.Cavan qulamlar da gəlib yetdilər,Mağara ağzını məskən etdilər.Nə girə bildilər zorla içəri,Nə dönə bildilər ov üçün geri.Qoşun tutanadək o düzəngahı,Yağdırdılar çölə buz kimi ahı.Həmən hadisədən keçdi bir qədər,Qoşunlar hər yandan axıb gəldilər.Şahı yox, kahanı onlar görüncə,Ağzında möhrə bir şahmar görüncə,Cavanlar orduya gəldi yanaşdı,Dünya padşahından söz-söhbət açdı:"Çapdı öz atını eyləsin şikar,Gəlib dar dəhlizə girdi tacidar".İnana bilmədi bir nəfər buna,İnana bilmədi düz olduğuna.Dedilər ki: "Bu söz pis bir xəyaldır,Belə danışanlar naqiskamaldır.Allaha and olsun, fil kimi bir şahGirə bilməz bura, istəsə hərgah".Bilmədilər, edib vida bostana,Yönəlib gedibdir fil Hindistana.[313]Oldu filgüclünün zəncir hasili,Kim açar zəmanə bağlayan fili?Padşahın yerini versinlər nişanDeyə, cavanları döydülər yaman.Uşaqlar qopardı yanıq-yanıq ah,Qalxdı mağaradan bir tüstü nagah.Səs gəldi: "Burdadır sizin tacidar,Qayıdınız geri, şahın işi var".Şahın adamları bunu sezdilər,Girib mağaraya onu gəzdilər.Yoxdu mağarada hətta bir milçək,Qurmuşdu torunu yalnız hörümçək.Aradılar onu yüz dəfə, yüz yol,Tökdülər yolunda göz yaşı bol-bol.Şahı tapmayınca, gəlib durdular,Mağara ağzında cərgə vurdular.Ağlayıb durdular gözləri yaşlı,Anaya gedincə xəbər, təlaşlıGəldi, necə gəldi, bilmədi yolu,Əlindən getmişdi dağ kimi oğlu.O başqası kimi gəzə bilməzdi,Onlar gözlə gəzdi, o, canla gəzdi.Gül gəzdi, meyvəsiz xara yetişdi,Oğlunu axtardı, hara yetişdi?Dağ kimi zər tökdü, o, günlər boyu,Qazısın adamlar orada quyu.Qazıtdı, üzünə xəznə gülmədi,Quyudan Yusifi tapa bilmədi.Həmin mağarada o gündən bəriQalır indiyədək xəndək yerləri.Ellər zaman-zaman gəlib edir yad,Bəhram mağarası ona vermiş ad.Qırx gün qazıdılar yeri durmadan,Belə gor qazıyan çox görmüş cahan!Əmək sərf etdilər, qazdılar əbəs,Onu yuxuda da görmədi bir kəs.Hər kimin olarsa asiman yeri,Saxlamaq çətindir bu səfərbəri.Yerdə sümük qalar, sanma ruh qalar,Göyə mənsub olan qalxar, ucalar.İki analıdır hər bir yaranan,Bir ana torpaqdır, birisi də qan.Bəslər qan anası naz ilə onu,Açar yer anası ona qoynunu.Bəhramın anası qoşaydı, eyvah,Daha əziz oldu yer anaya şah.Aldı, qaytarmadı bir də dübarə,Çarə arayana vermədi çarə.Yer ana zülmündən o qan anasıBəlalar oduna oldu yanası.Nə zaman ki, coşdu qızğın dimağı,Hatifdən eşitdi bir səs qulağı:"Ey divtək özünü hər yana vuran,Qeybin əsrarını axtarıb duran,Tanrı bir əmanət vermişdi sənə,Zaman çatdı, geri istəyir yenə.Əmanət üstündə qafil olmayaq,Özünü nə öldür, nə odlara yax.Zəhmətdən əlini çək, qayıt geri,Sal öz qaydasına bütün işləri".Hatifdən yetincə bu xəbər ona,Ana ağlamadı itən oğluna.Hicranla çırpınan qəlbini, getdi,Övlad işləriylə o məşğul etdi.Verdi varislərə taxtı, tacı da,Vərəsə sahibi ölməz dünyada.Sən, ey xəbər verən o Bəhram Gurdan,Tapıb məzarını uzaqlaş burdan.Görən yox bizimlə heç Bəhram Guru,Yoxdur xəbər verən hardadır goru.Hünər göstərərdi, bir zaman vardı,Adını dağ ilə gura vurardı.Baxma bu gurlara vurulan dağa,Nəzər qıl son dağa, getmə uzağa.Min gur ayağını qırdı o insan,Axır qurtarmadı gur tapdağından.Dünyanın var iki darvazası gen,Birindən boşalar, dolar birindən.Uzunun üç, enin bir arşın torpaq,Boyaq dükanında dörd küpsən ancaq.[314]Mədə hər tikəni yeməyə durdu,Xılt alıb ona öz rəngini vurdu.Brovuz geyinib o, başdan-başa,Dörd xıltdan alaraq, eylə tamaşa.Neylərsən, de görüm, belə rəngləri,Bir gün qaytarmalı olasan geri?Onlar ki getdilər, atıb dünyanı,Qurtardı rənglərdən, iylərdən canı.Qalxmaz, həşrə kimi yumar gözünü,Bu bağlı pərdədən açmaz üzünü.Yol ağır, gecəmiz qorxunc haldadır,Darğa yuxudadır, oğru yoldadır.Torpaqpərəstləri doydurar torpaq,Enər alçaqlığa daima alçaq.Ey yuxarı əldən sayılan insan,Nəyə bu şeylərçin qan ağlayırsan?Göy, sənin tabein olmaq istəsən,Yollan səmalara, yüksəl bu yerdən.Arxana baxmadan yürü göylərə,Ta yıxılmayasan bir də bu yerə.Sənin həmailin ulduz, asiman,Olmuşdur vəsilən bunlar hər zaman.Səndən bütün varlıq tapmada macal,Təngiluşa sanar səni bu xəyal.Götürür işindən hər biri timsal,Açırsan nə qədər sən onlara fal.Səndən nur alıb da olmuşlar parlaq,Onlara uyandan uzaq ol, uzaq!Nöqtəni bəsləyən bir xətdən qeyri,Dəftərindir bütün hərflərin yeri.Sənsən yaradılış pasibanı, bil,Ey mələk, sən ona dəlilsən, dəlil!Yaxşısan, pis işə əsla qoşulma,Vəhşilik eyləyib, gəl, vəhşi olma.Pis-yaxşı nəyin var, demək, malındır,Lakin sənə vacib öz kamalındır.Ya aclıq bilməyən bir qapını çal,Ya da xislətinlə xalqa ol misal.Nura qarşı hicab çəkilsə əgərSəmadan, fələkdən göz uzaq düşər.Göyləri tanıyıb duyan bu yerdir,Mələyi saxlayan ancaq bəşərdir.Nə qədər bu torpaq, yel, atəş, su var,Ol qəm aləmindən hər zaman kənar.Bu dörd pəncərəli hücrə ki vardır,Dardır ürək üçün, bu, aşikardır.Oğru qapısıtək qoşadır, qoşa,Vurmuş əyyar kimi dörd bənd hər başa.Kənddən qovulmamış zorla uzağa,Yüklə paltarını öküz, ulağa.Ağırsan, yolunu canü-dillə get,Miniyin itidir, yükü yünkül et.İnsan kainata vida edəndəCanın meyli qalar yenə bədəndə.Canın əgər bilsən qədrini hədsiz,Onda yaşayacaq ruhun cəsədsiz.Ey bəhanə quran, zənn etmə, guya,Nə var buradadır, heçdir o dünya.Çoxdur uzunumuz, enimiz, ancaq,Getməz xəyalımız dünyadan uzaq.Çox yaranmış da var uzaqlarda, bil,İşıqdan, zülmətdən xəbərdar deyil.Sonsuzdur dünyada yaradılış, çox,Yaradan vahiddir, buna şübhə yox.Bu yeddi lövhəli dörd nəqşə bir əlYazdı bir qələmlə hər şeydən əvvəclass="underline" Əgər, deyil yeddi, olarsa dörd yüz,Bircə iradəyə tabedir, sözsüz.Əvvəlinci nöqtə, sonuncu pərgarBirdir, birliyindən sanma qayıdar.Qoşaya baxma gəl vüsal zamanı,Onlar əslən birdir, sən biri tanı.Hər cütü birlikdir əvvəl yaradan,Bir qalar çıxanda cütlük aradan.Hər kim ki, cumulub saraya gələr,Geri dönəcəkdir, yola düzələr.Orada asta get, iti görəndir,Gec tutansa əgər, tez öldürəndir.O aciz öldürən bir hakim deyil,Çıxmaz xatirindən onun kimsə, bil.Yüz min hiylə qursan, işlətsən kələk,Payındır yenə də bir qarın yemək.Malikdir asiman donmuş hovuza,Yetməzmi bu qədər güvəndin buza?Aləmi çarx kimi hərlənən insanTərk edib hər şeyi köçdü dünyadan.Fani aləm onu ölümə sürdü,Çarx onu çarx kimi büküb öldürdü.Dünya nemətini daim yada sal,Ondan sağlığında mənfəətlər al,Ta ki, can alanda qılıncla peykan,Asudə gedəsən fərsiz dünyadan.Özün bu dünyadan köçmədən əvvəl,Xilas olmaq üçün üz canından əl,Azacıq yeyərək, evini xar et,Dünyadan canını belə apar, get.Cahanda yaxşıdır iki şey ancaq:Az yemək, bir də ki, çox bağışlamaq.Böyüklüyə çatan hər kamil insanAncaq beləliklə çıxarar ad-san.Yıxılmaz az yeyən ucadan, haşa!Çıxmaz tamahkar da ucaya, başa.Darğa qamçısı ki, qəlbə vurar dağ,Az dovğa paylayan üçündür ancaq.Bu kənddə hər kimin əgər ağlı var,Zərdən yaxşılığı o yüksək tutar.Xas ilə, avamla doludur həyat,Ancaq heç kimsənin deyil kainat.Necə bel bağlanar belə bir işə,Yox etməkdir səni qəsdi həmişə.Göy altında evlər, diqqət eylə, bax,Torpaqdır, başına tök sən də torpaq.Fələyin torundan qaç yana, çəkin,Dar ağacı olmuş sənə minbərin.Dara getmək diri, əgər həvəsdir,Bir Məsih yürüdü bu yolda, bəsdir.Bir torpaq çatarsa əgər göy tağa,Torpaqlar enəcək yenə torpağa,Qaldırsa göylərə hər kim tacını,Alar yeddi elin o xəracını.Yenə də başını yerə əyincə,Yumar gözlərini, ölər bir gecə.Basar ağuşuna torpaq səni, bil,Bu yerin xəznəsi ilansız deyil.Bir xurma göstər ki, olsun tikansız,Varmıdır aləmdə möhrə ilansız.Dünyada yaxşı-pis hər nə görünər,Şəkərdə zəhərdir, zəhərdə şəkər.Söylə, kimdir yeyən o şirin balı?Ardınca görməyə neştər zavalı?Dünya nuşunuşi arıya bənzər,Ağzı bal səpələr, quyruğu zəhər.Zülmət, nur pərdəsi altda heç zamanUzaq olmaz eşşək mehri-İsadan.[315]O kimdir bir zaman taxt qurdu yerdə,Axırda məzara salmadı yer də?Asan şey ver mənə, ey qadir qəni!Sən peşiman etmə aciz bəndəni.Kərəm qapısını Nizamiyə aç,Yer ver himayəndə, ona şəfəq saç.Əvvəldə vermisən ona yaxşı ad,Eylə axırda da yaxşılıqla yad.
Rəvayətə görə, fillər ölümün yaxınlaşdığını yuxuda görüb ölmək üçün Hindistana gedirlər. Burada fil deyərkən Bəhrama, Hindistan deyərkən isə qəbiristan nəzərdə tutulmuşdur.
Qədim təbabətə görə, insanın cismi dörd ünsürdən əmələ gəlmiş dörd mayədən (qan, səfra, sevda və bəlğəmdən – fleqmadan) ibarətdir və həmin mayələr bir küpə (bədənə) yığılmış dörd rəngə bənzədilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, qədim təbiblər insan məzacının xarakterinin həmin maddələrdən əmələ gəldiyinə inanırdılar.
Bu qaranlıq gecə və işıqlı gündüzdən ibarət olan zəmanədə bəzən eşşəyin də möhrəsi (belinin fəqərələri) İsanın mehrindən-məhəbbətindən xali olmur, yəni eşşək də yüksək rütbəyə çatır. Burada İsanın suvar olub Beytül-Müqəddəsə getdiyi eşşək nəzərdə tutulur.